12px13px15px17px
Tarix:01/12/16

Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb

"Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb.
 
Müqaviləni Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıblar.
 
Müqavilə "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci hissəsinə əsasən "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması" layihəsi çərçivəsində imzalanıb.
 
Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcəkdir. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.
 
Noyabrın 30-da imzalanan müqavilə elektron hökumətin inkişafında atılan ən mühüm addımlardan sayılır.






Baxış sayı: 1142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Yanvar 2017

16/01/17
Smartfonlar gözqamaşdırıcı lazer şüasının mənbəyini tapmağa kömək edəcək

Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmləri və Texnologiyalar laboratoriyası tərəfindən smartfonlar üçün

16/01/17
“Elektron hökumət” portalına kənd təsərrüfatı ilə bağlı yeni elektron xidmətlər inteqrasiya olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektr

16/01/17
"Ağıllı" saatlar xəstəlik haqda xəbərdarlıq edəcək

ABŞ-ın Stenford Universitetində Maykl Snayderin rəhbərliyi altında çalışan alimlər komandasının qənaətinə görə, 

16/01/17
Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) məhsul və xidmətlərinin satış 

16/01/17
Messencerlər ən populyar əlavələr olaraq qalır

“Flurry” tədqiqat agentliyi hesabat dərc edərək 2016-cı ildə mobil proqramlardan istifadənin ümumi artımının 2015-ci ildəki 

16/01/17
“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq

“Microsoft” korporasiyasının  “Windows 10” masaüstü əməliyyat sisteminə böyük diqqət ayırması hər kəs

16/01/17
“Ağıllı” çarpayı yuxunu maksimum rahat edəcək

“CES 2017” istehlak elektronikası sərgisində təqdim edilən “ağıllı” “Sleep Number 360” çarpayısının vəzifəs

16/01/17
“WhatsApp” istifadəçilərin mesajlarına müdaxilə barədə şayiələri təkzib edib

Bu günlərdə yayılmış informasiyaya əsasən, populyar “WhatsApp” messencerinin tərtibatçıları şifrləmə sistemində 

15 01 2017