12px13px15px17px
Tarix:13/01/17

Gələcək brauzer konsepti nümayiş olunub

“Opera” şirkəti yaxın gələcəkdə internet brauzerləri üçün proqramların necə görünəcəyi ilə bağlı təsəvvürlərin yer aldığı eksperimental brauzer təqdim edib. “Neon” adlanan brauzeri şirkətin rəsmi saytından yükləyərək “Apple Mac” və “Windows” sistemli kompüterlərdə quraşdırmaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Opera Neon” qeyri-adi interfeysə malikdir. İstifadəçilər brauzeri quraşdırdıqdan sonra tez-tez daxil olunan saytlara keçməyə imkan verən “Speed Dial” işarəsi və “URL” ünvanlarının axtarışı və daxil edilməsi üçün yeni növ “Omnibox” ünvan sətri ilə qarşılaşacaqlar. Bundan başqa, fonlu təsvir kimi kompüter ekranında quraşdırılan şəkillər çıxış edir.
Tab-vərəqələr və proqram qovluqları qovuqcuqlar şəklində təqdim edilib. Proqramın idarəetməsini sol yan paneli həyata keçirir. “Opera Neon” dərhal internet səhifəsinin surətini yaddaşda saxlayaraq onları messencerlərdə paylaşmağa, eləcə də fonlu rejimdə musiqi səsləndirməyə və videoya baxmağa imkan verir.

Bundan əlavə, brauzer asanlıqla iki saytı yan-yana açmağa imkan verir. Bunun üçün tab-vərəqələrdən birini pəncərənin yuxarı hissəsinə yerləşdirmək tələb olunur.

Nizam Nuriyev






Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024