12px13px15px17px
Tarix:15/02/17

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

"Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən ötən ilin son rübünü əhatə edən "Elektron hökumət" bülleteninin 38-ci sayı ictimaiyyətə təqdim edilib. Bülleten vahid portalda olan yeniliklər və görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Sonuncu nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elektron ipoteka sistemi haqqında Əsasnamənin" təsdiq edilməsi barəsində fərmanı, "Bakutel 2016" sərgisində dövlət başçısının iştirakı ilə bağlı məlumatlar yer alıb. Bundan başqa, bülletendə MHM-in "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Belarusun "AGAT-idarəetmə sistemləri", Türkiyənin "HAVELSAN" və "TÜBİTAK BİLGEM" dövlət şirkətləri və "Microsoft" şirkəti ilə imzalanan müqavilələr haqda ətraflı informasiya verilib. Nəşrdə "Sığorta şirkətləri "elektron imza"nın tətbiqinə başladı", "Elektron imza" ilə imzalanan sənədin yararlı olub-olmadığını, kim tərəfindən, nə vaxt imzalandığını necə öyrənmək olar?", "Portala inteqrasiya edən arayışların sayı artdı", "Elektron hökumət" portalına yeni xidmət inteqrasiya edilib", "Görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana" yaradıldı", "Mədəniyyət və Turizm Nazirliyinin daha iki xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi" başlıqlı materiallar yer alıb. Həmçinin "Elektron hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə də məlumatlar verilib.
 

İlk dəfə olaraq "Elektron hökumət" bülleteninin bu sayında "EGOV AR" texnologiyasından istifadə olunub. Belə ki, oxucular "EGOV AR" adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə biləcəklər. "Android" və İOS sistemlərində çalışan "EGOV AR" mobil tətbiqi "Elektron hökumət" portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.
 

Qeyd edək ki, bülleten çap edilib pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.
 

Bülletenin 38-ci sayını onlayn şəkildə buradan əldə edə bilərsiniz .





Baxış sayı: 406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2017

22 05 2017

22/05/17
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri 

22/05/17
“Android” əlavələrinin həcmi azaldılacaq

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış 

22/05/17
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin

22/05/17
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin 

22/05/17
Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian