12px13px15px17px
Tarix:01/03/17

Martın 1-nə keçən gecə internetdə son illərin ən böyük nasazlığı baş verib

“Amazon Web Services S3 AWS” “bulud” məlumat saxlama sisteminin fəaliyyətində martın 1-nə keçən gecə baş vermiş nasazlıq bütün dünyada çoxlu sayt və internet əlavələrinin işində fasilələrin yaranmasına səbəb olub.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, zərərçəkənlər arasında bir neçə “Apple” (App Store, Apple Music, FaceTime, iCloud, iTunes, Photo) və “Adobe” servisi, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytları, tərtibatçılar uçun “GitHub” platforması, bir sıra xəbər resursları, “Kickstarter” vəsait toplanışı platforması, “Mailchimp” poçt xidməti, “Signal” proqramı və s. yer alıb.

“Amazon” şirkətinin “Twitter” səhifəsində verilən məlumata görə, çoxlu sayt və əlavələrin istifadə etdiyi informasiyanın saxlanıldığı “S3 AWS” şəbəkə saxlancının işində baş verən nasazlıq nəticəsində saytlara 3,5 saatdan çox vaxt ərzində daxil olmaq mümkün olmayıb.

“Amazon” şirkətinin Virciniyada yerləşən məlumat emalı mərkəzində baş verən nasazlıq 4 saatdan sonra aradan qaldırılıb. Şirkət servisin fəaliyyətinin pozulmasının səbəbini açıqlamır. Hazırda “Amazon Web Services” adi rejimdə fəaliyyət göstərir.

Nizam Nuriyev 




Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024