12px13px15px17px
Tarix:04/04/17

“NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatına start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə “NETTY 2017”- Azərbaycan Milli İnternet Mükafatına start verilib. Artıq 13-cü dəfə baş tutacaq müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu “www.netty.az” saytında həyata keçirilir.
 
Müsabiqə şərtlərinə əsasən, saytların və müsabiqə iştirakçılarının qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il 3 aprel tarixindən 15 may tarixinədək aparılır. 15 maydan 22 may tarixinə qədər “NETTY 2017” nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsi həyata keçirilir.
 
22 mayda isə Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. “NETTY 2017” nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilir və qaliblərə əsas mükafat sayılan “NETTY” heykəlciyi təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.
 
Mərasimin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
 
“www.netty.az” saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  “NETTY” Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.
 
Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək. Cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə də mükafatlar veriləcək. “İlin İT hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “İlin İT şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası keçiriləcək, onun vasitəsilə  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.
 
Qeyd edək ki, Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizəyə görə 10 AZN təşkil edir. Resursların ərizələrinə ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir.
 
Mükafatın baş partnyoru “Azercell” şirkəti, digər partnyorları isə “Bakutel” sərgisi, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” layihəsidir. Tədbirə informasiya dəstəyini “Infocity.az”, “CBC.az” telekanalı, “1news.az”, “Oxu.az”, “Disput.az” və “Salamnews.org” saytları göstərir.
 
“NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib, Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır. “NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimləri üzə çıxarır.
 
Partnyorluq məsələləri ilə bağlı sualları “info@netty.az” ünvanına göndərə bilərsiniz.




Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 İyun 2017

29/06/17
“Sony Xperia” smartfonları sifətin “3D” tanınması texnologiyası ilə təchiz ediləcək

“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanı

29/06/17
“iOS 11” sisteminin beta sınaqları başa çatıb

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq 

29/06/17
“Facebook”un auditoriyası 2 milyardı ötüb

“Facebook” sosial şəbəkəsindən daimi istifadə edənlərin sayı 2 milyardı ötüb. Bu haqda öz səhifəsində 

28 06 2017