12px13px15px17px
Tarix:21/04/17

Azərbaycanın TIER III səviyyəli Regional Data Mərkəzinə potensial müştərilər üçün məlumat turları təşkil edilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC xüsusi və potensial müştərilər üçün Regional Data Mərkəzinə məlumat turlarının təşkilinə başlayıb.
 
Turlar çərçivəsində müştərilərə Data Mərkəzinin xidmətləri, mərkəzin avadanlıq və proqram təminatları, məlumatların təhlükəsiz şəraitdə mühafizəsi, təhlükəsizlik risklərinin minimuma endirilməsi barədə müfəssəl məlumatlar veriləcək.
 
 Turlarla bağlı ətraflı məlumat əldə etmək üçün (012) 200 01 27 nömrəsindən və ya sales@azintelecom.az ünvanına müraciət edə bilərsiniz.   
 
 TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik regional Data Mərkəzində bulud texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) təklif edilir.
 
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.
 
Ümumilikdə 700 m2 sahəyə malik olan Data Mərkəzi müştərilərini 99,982 % etibarlılıq səviyyəsi ilə təmin edir. Data Mərkəzində 24/7 müştəri xidmətləri və 24/7 nəzarət olunan Şəbəkə İdarəetmə Mərkəzi mövcuddur. 

Yüksək səviyyədə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə mərkəzdə dünya nəhəngləri, məşhur "HP", "Radware", "Palo Alto" və "Cisco" şirkətlərinin avadanlıqları və proqram təminatı quraşdırılıb.












Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024