12px13px15px17px
Tarix:24/04/17

“HTC U 11” beş müxtəlif rəngdə satışa çıxarılacaq

Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına dəvətnamələr göndərib. Qurğunun “HTC U” adlandırılacağı gözlənilsə də, qrup üzvü Evan Blass smartfonun ötən il nümayiş olunan “HTC 10” modelini əvəz edəcəyi barədə məlumat verərək onun “HTC U 11” kimi təqdim ediləcəyini bildirib. Məlumata görə, yeni model beş müxtəlif rəngdə (ağ, qara, gümüşü, qırmızı, göy) satışa çıxarılacaq. Həmçinin, bəzi rənglər müəyyən ölkə bazarları üçün eksklüziv ola bilər.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əsas fərqləndirici cəhəti sensorlu yan tərəflər olacaq “HTC U 11” istifadəçiyə barmağı klaviatura düyməsindən ayırmayaraq mətni çap etməklə və ya toxunuşla lazımi proqramları işə salaraq onları idarə etməyə imkan verəcək. Qurğu xarici görünüşünə görə bu ilin əvvəlində təqdim olunan “U Ultra” və “U Play” smartfon modellərinə bənzəyəcək.

Məlumata görə, “HTC U 11” 2550x1440 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Gorilla Glass 5” qoruyucu şüşəsinə malik “LCD” ekran, səkkiznüvəli “Snapdragon 835” prosessoru, 4 giqabayt operativ, 64 giqabayt quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 16 meqapikselli ön kamera ilə təchiz ediləcək. Bundan başqa, smartfonda qulaqcıq üçün çıxış quraşdırılmayacaq.

“HTC U 11” smartfonunun təqdimatı mayın 16-na nəzərdə tutulur.

 Nizam Nuriyev
 





Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024