12px13px15px17px
Tarix:17/05/17

Azərbaycanın Startap Portalı yaradıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanın Startap Portalının yaradılması başa çatıb.
 
"Startup.az" ünvanında fəaliyyət göstərən portalın əsas məqsədi Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləmək, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyətini davam etdirməkdir.
 
"Startup.az" ofisindən bildirilib ki, portal startap ekosisteminin inkişafı ilə bağlı maraqlı tərəfləri əməkdaşlığa dəvət edir.
 
Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
 
İngilis dilində məlumatların olması xarici investorların ölkəmizin startaplarına marağını artıracaq, milli startap ekosisteminin qlobal inteqrasiyasını tezləşdirəcək.
 
Yeni yaradılmış portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdirir. Portalda mühüm yeniliklərdən biri Azərbaycan startaplarının bazasının yaradılmasıdır. Tətbiq olunmuş funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.
 
Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının ("Startap Kadr") yaradılmasıdır. Belə ki, hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.
 
"İnvestor" bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək.
 
Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütəmadi olaraq yerləşdiriləcək.
 
Daha mühüm yeniliklərdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımlarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edə biləcək.
 
Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlar və startaplar arasında "Startup.az" bir "körpü" olmağı nəzərdə tutur.
 
Qeyd edək ki, portal sınaq mərhələdə ("beta") 17 may tarixindən istifadəyə verilib. Hazırda portalın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
 




Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2017

25/09/17
Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom 

25/09/17
Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 

25/09/17
Yeni robot insan kimi yeriməyi öyrənir

İsveçrə tədqiqatçıları daha təbii hərəkət etməyi öyrənən “COMAN” (Compliant Humanoid) robotunun 

25/09/17
Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif 

25/09/17
“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının 

25/09/17
Dünyanın ən qəribə smartfonlarının siyahısı dərc olunub

Ekspertlər dünyanın ən qəribə smartfon modellərinin reytinqini tərtib ediblər. 

25/09/17
İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

Dronlardan ibarət şəbəkə ən müxtəlif vəziyyətlərdə köməyə gələ bilər. Həm də söhbət yalnız məşhur internet 

25/09/17
“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üç

25/09/17
Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan 

24 09 2017