12px13px15px17px
Tarix:22/05/17

“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək "Microsoft Surface Pro" planşet kompüteri haqqında yeni məlumatlar açıqlanıb. "Surface Pro 4" planşetini əvəz edəcək universal qurğu "Windows 10 S" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, son vaxtadək ABŞ-ın "Microsof" korporasiyasının növbəti yeni qurğusunun "Surface Pro 5" adlanacağı ehtimal edilsə də, vitse-prezident Panos Panaya bu şayiələri təkzib edərək ictimaiyyəti başqa adla, prinsipcə, yeni qurğunun işıq üzü görəcəyinə əmin edib.

İlkin məlumata görə, söhbət tam kompüter qismində işləyə biləcək qurğudan gedir. Planşetin oyun həvəskarları üçün nəzərdə tutulmamasına baxmayaraq onun əsas funksiyalarına mətnin kompleks redaktəsi, fotoşəkilin və videomaterialların keyfiyyətli emalının daxil olması səbəbindən ofis işçi heyəti üçün əlverişli qurğu hesab edilir. "4K" formatlı videonu dəstəkləyəcək planşetdə, həmçinin elektron qələm quraşdırılacaq.

Qurğunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat, eləcə də məhsulun qiyməti hələlik sirr olaraq qalır.

"Microsoft Surface Pro" planşetinin mayın 23-də rəsmən nümayiş olunacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024