12px13px15px17px
Tarix:30/05/17

“Huawei” şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramına start verib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Huawei" şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri kəşf etmək, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün "Seeds for the Future" proqramına start verib.

Bu proqram, tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənib.
 
Proqram çərçivəsində mütəxəssislərdən ibarət Münsiflər Heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni artıq seçib. Həmin tələbələrin Çin Xalq Respublikasına səfəri təşkil ediləcək.

Çində iki həftəlik proqramda iştirak etmək şansı qazananlar Pekində vaxt keçirməklə yanaşı, Çin mədəniyyətini öyrənmək və tarixi yerləri ziyarət etmək imkanından da yararlanacaqlar.
 
Daha sonra, tələbələr dünyanın nəhəng İT şirkətlərindən hesab olunan "Huawei"-nin Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər.  Eyni zamanda, onlar İKT üzrə təlim kurslarına qatılacaq.
 
"Huawei"-nin məqsədi, İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.
 
Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  "Huawei" şirkətinin Pekində yerləşən Sərgi mərkəzini ziyarəti zamanı Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (IKT) inkişafında "Huawei"-in həlledici rolu olduğunu qeyd edib.
 
Azərbaycan hökuməti eyni zamanda, gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə cəsarətləndirmək arzusundadır.











Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2017

21 10 2017

21/10/17
Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər

21/10/17
“Android” əlavələrində səhvlər aşkarlayan tədqiqatçılar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluqlar aşkarlayan tədqiqatçıla

21/10/17
Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq

“Microsoft”, “Facebook”, “Twitter” və “Google” şirkətləri internetdə terrorçuluq kontenti ilə

21/10/17
Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub

“Samsung Electronics” şirkəti mühafizəli “Galaxy Tab Active” planşet kompüterinin ikinci nəslini təqdim edib.