12px13px15px17px
Tarix:24/06/17

“Airbus” şirkətinin robot vertolyotu ilk sərbəst uçuş həyata keçirib

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, sürücüsüz uçan aparatlar hələ öz inkişafının başlanğıcındadır. Dünyada tanınmış “Airbus” şirkətinin ekspertləri sürücüsüz vertolyotu uğurla sınaqdan keçiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, robot vertolyotun sınaq nümunəsi “VSR700 Optionally Piloted Vehicle” (OPV) adlandırılıb. “VSR700” ilk uçuş zamanı uçuş, eniş, dayanma, şaquli uçuş və təyin edilmiş marşrut üzrə hərəkətləri yerinə yetirib. Sınaqlar zamanı kabinədə əyləşmiş pilot aparatın işində nasazlıq olduğu halda idarəetməni həyata keçirmək imkanına malik idi, amma onun müdaxiləsinə ehtiyac olmayıb.

Sınaqlar başa çatdıqdan və konstruksiya üzərində təkmilləşdirmələrdən sonra “VSR700” robot vertolyotunun yekun versiyası 250 kq ağırlığında yükü havaya qaldırmaq qabiliyyətinə malik olacaq və uçuş vaxtı 10 saat  təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024