12px13px15px17px
Tarix:21/08/17

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

Emil Hüseynov




Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024