12px13px15px17px
Tarix:22/08/17

“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib

“Facebook” sosial şəbəkəsi “Safety Check” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsilə öz dostlarını xəbərdar edə bilərlər ) daima işləyən ayrıca bölmə şəklinə salıb. Bu haqda “Disaster Response” səhifəsi məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, indi bütün dünyada təhlükəli vəziyyətlər haqda məlumatlar yeni bölmədə toplanır. Şirkətin planına görə, evdən uzaqda olan və çətin vəziyyətə düşən istifadəçilər kömək axtara, yaxud başqa insanlara kömək edə biləcəklər.

Şirkət rəsmiləri bildiriblər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb versiyası və sosial şəbəkənin mobil proqramının bütün istifadəçilərinə əlçatan olacaq.

Qeyd etmək lazımdır ki, “Safety Check” xəbərdarlıqlar sistemi bir neçə dəfə yanlış işləyib. Bu il mayın sonunda Moskvada qasırğa zamanı sosial şəbəkə təbii fəlakətdən yalnız bir gün sonra “Safety Check” funksiyasını  aktivləşdirib.

Emil Hüseynov




Baxış sayı: 366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024