12px13px15px17px
Tarix:08/09/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində vətəndaşlarla görüşüb.
 
Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
 
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
 
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.










Baxış sayı: 287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə 

18 02 2018