12px13px15px17px
Tarix:21/10/17

Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər, eləcə də smartfon və böyük ekranlı smartfonlar) üzrə proqnozunu açıqlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə 2016-cı ildə qlobal miqyasda təxminən 2,33 milyard qeyd olunan kateqoriyaya aid qurğu satılıb. Bu il tədarük həcminin 2,31 milyard ədəd səviyyəsində olacağı gözlənilir. Beləliklə, bazarda cüzi azalma qeydə alınacaq.
 
Ekspertlərin proqnozlarına görə artıq 2018-ci ildən etibarən tələbatın bərpa olunmağa başlaması nəticəsində kompüter qurğularının ümumi tədarük həcmi 2,35 milyard ədədə çatacaq. Proqnozların özünü doğruldacağı təqdirdə artım təqribən 2 faiz təşkil edəcək ki, bu da 2015-ci ildən böyük artım olacaq.
2019-cu ildə bazarın həcminin 2,36 milyard (artım 1 faizə yaxın) qurğuya çatacağı proqnozlaşdırılır.  

“Gartner” mütəxəssisləri qeyd edir ki, yaxın illərdə ənənəvi fərdi kompüterlərə - masaüstü sistemlər və noutbuklara tələbat azalmaqda davam edəcək: 2019-cu ildə satış həcminin 2016-cı ildəki 220 milyon ədəddən 188 milyonadək azalacağı gözlənilir. Oxşar vəziyyət planşetlərdə də müşahidə olunacaq: hesabat dövründə tədarük 169 milyondan 160 milyonadək enəcək.  

Bununla yanaşı, ultrabuklar seqmentində, əksinə, satış həcminin yüksələcəyi gözlənilir: tədarük 50 milyon ədəddən 81 milyon ədədədək artacaq.

2016-2019-cu illərdə mobil qurğulara tələbatın 1,89 milyard ədəddən 1,93 milyard ədədədək artacağı proqnozlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024