12px13px15px17px
Tarix:27/10/17

4,8 Gbit/s sürətinə malik yeni “Wi-Fi” texnologiyası təqdim edilib

Cənubi Koreyanın "SK Telecom" şirkəti məlumatları 4,8 giqabit/saniyə sürətində ötürməyə imkan verən "Wi-Fi" texnologiyası təqdim edib.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Mediasat" resursuna istinadən yazır ki, "Wi-Fi" şəbəkəsi və çıxış nöqtələrinin fəaliyyətini təmin edən yeni texnologiya "IEEE 802.11ax" standartına əsaslanır. O, məlumatların ötürülmə sürətini informasiyanı 1.3 giqabit/saniyə sürətində ötürən 1 giqabitlik "802.11ac" şəbəkə standartının göstəriciləri ilə müqayisədə dörd dəfə artırmağa imkan verir.
 
Bildirilir ki, texnologiya məlumatların 160 meqahers (802.11ac standartında olduğundan 2 dəfə çox) tezliyində ötürülməsi üçün 4 antenadan, eləcə də iş üçün 2,4 və 5 QHs diapazonlarından istifadəni nəzərdə tutur.
 
Bundan əlavə, yeni "Wi-Fi" kanal tezliklərinin ortoqonal ayrılması texnologiyasını (OFMDA), çoxistifadəli "MIMO" (MU-MIMO) texnologiyasını və şəbəkənin iş səmərəliliyini artırmağa imkan verən dinamik həssaslığa (DSC) nəzarəti dəstəkləyir.
 
"SK Telecom" yeni nəsil "Wi-Fi" şəbəkəsinə çıxış nöqtələrini növbəti ildə işə salmağı planlaşdıraraq diqqəti ilk növbədə yüksək trafik sıxlığına malik yerlərə yönəldəcək. Texnologiya ilə "802.11ax" standartı ilə uyğunluq təşkil edən prosessorlar əsasında hazırlanan mobil qurğular işləyəcək.
 
Məlumata görə, operatorun elmi-tədqiqat mərkəzində texnologiyanın müxtəlif şəraitlərdə fəaliyyət keyfiyyətinin sınaqları üçün test "Wi-Fi" stendi quraşdırılaraq cari ilin sonunda kommersiya istifadəsinə veriləcək çıxış nöqtələrinin modernləşdirilməsi üzərində işlər aparılır.  
 
Cənubi Koreya operatorunun baş vitse-prezidenti Park Çji He bildirib ki, yeni nəsil "Wi-Fi" texnologiyası "5G" şəbəkələrinin tamamlanması üçün vacib əhəmiyyətə malik olacaq.
 
"SK Telecom" şirkəti məlumatları "5G" şəbəkələrinin sürəti ilə müqayisə edilə biləcək sürətdə ötürən yeni nəsil "Wi-Fi" texnologiyasını yaradaraq tətbiq etməklə mobil rabitə sahəsində daha keyfiyyətli təkliflərin işə salınması üçün uğurlu əsaslar qoyub. Biz texnologiyanın kommersiyalaşdırılmasının hazırlanması üzərində işləmək imkanından şadıq və istifadəçilərə fərqli xidmətlərin göstərilməsi sahəsində şəraiti yaxşılaşdırmağa imkan verən innovativ həllər ərsəyə gətirməkdə davam edirik", - vitse-prezident qeyd edib.  
 
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 79

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm