12px13px15px17px
Tarix:08/02/18

Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Bakı ilə yanaşı, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Şamaxı, Mingəçevir, Gəncə, Lənkəran, Qəbələ və Bərdə regional mərkəzlərində də videokonfrans şəklində təşkil olunub.
Həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər tədbirə videokonfrans vasitəsilə qoşulublar.

Tədbirdə çıxış edənlər internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsinin informasiya əsrinin prioritetlərindən olduğunu qeyd edib.

Məlumat verilib ki, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə, Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “INSAFE” tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Beləliklə, hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilməkdədir. Bu il bu gün üçün müəyyən edilən “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır” şüarı tədbirin mövzusuna daxil edilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2010-cu ildən həm Təhlükəsiz İnternet Günü, həm də Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir. Bu tədbir də onlardan biridir.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış  ediblər.














Baxış sayı: 3

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018