12px13px15px17px
Tarix:16/02/18

“Azərpoçt” beynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə məktəblilər arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə  "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti və Təhsil Nazirliyi ilə birgə təşkil edilir.
 
Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı tərəfindən olmaqla 3 mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular müəyyən olunub:

"Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?

"Azərbaycan ordusu: 100 illik inkişaf yolu"  

"Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri".
 
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
 
1-ci yer: 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
 
2-ci yer: 6 nəfər – hər biri  100 manat (hər bir mövzu üzrə 2 nəfər)
 
3-cü yer: 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
 
Həvəsləndirici: 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər).

 
Müsabiqəyə təqdim edilən inşa yazıları 01.04.2018-ci il tarixinə qədər yerli rayon poçt filiallarına, şəhər poçt filialları üzrə isə "Azərpoçt" MMC-nin mərkəzi filialına – Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir.
 
ÜPİ-nin təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə, Bern şəhərinə göndəriləcək.
 
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
 
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunur.  Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt İttifaqı" jurnalında çap olunur.
 
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. 
 
Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.
 
Xatırladaq ki, "Azərpoçt" MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.




Baxış sayı: 1296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2018

18 09 2018

18/09/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 21 sentyabr 2018-ci il tarixində saat 12:00-da

18/09/18
“iOS12” əməliyyat sistemi təqdim olunub

“Apple” şirkəti “iOS” əməliyyat sistemini yeniləyib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/09/18
Pekin süni intellekt şirkətlərinin sayına görə dünya şəhərləri arasında birincidir

Çin süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayına görə dünyada ikinci 

18/09/18
“Samsung Galaxy S10” smartfonunun ilk fotoşəkili dərc olunub

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Don-Cin Koh Çin KİV-i ilə söhbət zamanı növbəti 

18/09/18
Yeni “iPhone” smartfonları “eSIM” texnologiyasını populyarlaşdıracaq

Analitiklər virtual SİM kart texnologiyasını dəstəkləyən smartfonlara tələbatın yüksələcəyini proqnozlaşdırır

18/09/18
“Samsung” və “Google” şirkətləri qabaqcıl messencer hazırlayır

Dünyada ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkəti “Google” ilə əməkdaşlığa 

18/09/18
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən  

18/09/18
İlk kosmik turist təqdim edilib

“SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask “Big Falcon Rocket” korporasiyasının