12px13px15px17px
Tarix:28/03/18

Prezident seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla birgə Komissiyanın inzibati binasındakı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib və veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.
 
Bildirilib ki, indiyədək ölkəmizdə keçirilən bütün seçkilər çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə xarakterizə olunub. Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri də uğurla tətbiq edilir ki, bu da seçkilərlə bağlı bütün prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, azad və maneəsiz müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına imkan verir. Azərbaycan müşahidəçilərin sərbəst fəaliyyəti üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər.
 
Bu il də ölkəmizdə ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərində müxtəlif metod və vasitələrdən istifadə etməklə şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilib. Azərbaycanda artıq 10 ildir ki uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi cari il prezident seçkilərində də davam etdirilir. Seçki günü – aprelin 11-də seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kamera quraşdırılıb.
 
 Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.
 
Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.











Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2018

21 04 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ