12px13px15px17px
Tarix:06/04/18

Stiv Voznyak internetin təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirib

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “RBC” saytına müsahibədə gələcəkdə kibercinayətlərlə əlaqədar vəziyyətin gərginləşəcəyini bildirərək vəziyyət nəzarət altından çıxmayanadək onların törədilmə imkanlarının məhdudlaşdırılmasının vacibliyini qeyd edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RBC” resursuna istinadən yazır ki, şirkət qurucusu bununla yanaşı, müdaxiləni sıfıra endirməyin qeyri-mümkün olmasını etiraf edərək kibercinayətləri avtomobil oğurluğu ilə müqayisə edib.
 
“Lakin zaman ötdükcə biz, məsələn, istənilən ciddi fəaliyyətin istifadəçilər tərəfindən təsdiq olunmasını tələb edəcək blokçeyn sistemi yarada bilərik. Belə sistemlərə müdaxilə etmək, demək olar, qeyri-mümkün olacaq. Hazırda bunu texniki imkanların məhdud olması səbəbindən etmək mümkün olmasa da, əminəm ki, gec-tez bu imkan yaranacaq. Düzdür, onların işləməsi üçün biz tədricən bütün interneti yenidən qurmalı olacağıq”, - S.Voznyak vurğulayıb.
 
O, həmçinin istifadəçilərin elektron qurğular vasitəsilə izlənilməsini ciddi problem hesab edir. “Mən çox təəssüf edirəm ki, iştirakçısı olduğum kompüterlərin inkişafı əksər insanların ağlına belə gətirmədiyi izləmə vasitələrinin yaranmasına səbəb olub. Mənim xoşuma gəlmir ki, müasir texniki imkanlar qanunun bizə zəmanətlə verdiyini çox asanlıqla pozmağa imkan verir. Bir dəfə insanlar öz hüquqları uğrunda mübarizəyə qalxaraq dövlətə deyəcəklər: belə olmaz”, - o qeyd edib.
 
Bundan əlavə, qeyd olunur ki, texnoloji inkişafın faydası ilə yanaşı, əks tərəfi var. “Cəmiyyət “plastikləşir”: biz getdikcə daha çox bir-birimizə bənzəyirik, bizdə yaradıcılıq, fərdilik, müstəqillik azalır. Hətta yaşadığımız evlər də eynidir və rəqəmli inqilab bizi texnologiyalardan daha çox asılı və eyni edir”, - şirkət yaradıcısı əlavə edib.
 
Qeyd edək ki, “Apple” şirkətinin həmtəsisçisi olan S.Voznyak “Apple Computer” (hazırkı Apple Inc.) şirkətinin səhmlərinin 45 faizinin sahibi olsa da, hazırda bu rəqəm 1 faizə bərabərdir. O, sonralar “Acquicor Technology”, “Fusion-io” və “Primary Data” kimi layihələrdə iştirak edib və onların əksəriyyətində elmi texnologiyalara rəhbərlik edib.
 
Nizam Nuriyev





Baxış sayı: 233

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2018

16/07/18
“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını 

16/07/18
“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və 

16/07/18
Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma 

16/07/18
“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

16/07/18
Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb

Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta 

16/07/18
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq 

16/07/18
Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə 

16/07/18
Sərnişin multikopteri nümayiş olunub

ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını

15 07 2018