12px13px15px17px
Tarix:09/04/18

“Baktelecom” “Evədək internet” layihəsinin birinci mərhələsini yekunlaşdırır

"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.

"Baktelecom" paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək internet" layihəsinin birinci mərhələsini yekunlaşdırır. Artıq bu həftədən etibarən 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatır. Hazırda 9 minə yaxın mənzil GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.

Davamlı olaraq "Baktelecom"un təklif etdiyi sərfəli xidmət paketlərinə qoşulmaq istəyən müştərilərin sifarişi operativ şəkildə qəbul olunur, qısa zaman ərzində abunəçilər üçün multimedia xidmətləri aktiv edilir.

Tezliklə "Evədək internet" layihəsinin ikinci mərhələsində 100 minədək evdə GPON infrastrukturunun yaradılması prosesinə start veriləcək.  

Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/san-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

"Baktelecom"un genişzolaqlı rabitə xidmətləri haqqında ətraflı məlumatı "www.baktelecom.az"  saytı və ya "155" qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.




Baxış sayı: 5722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2019

19 02 2019

19/02/19
Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır

İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər 

19/02/19
Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq

“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi 

19/02/19
Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat 

19/02/19
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə 

19/02/19
Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə 

19/02/19
“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni 

19/02/19
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone