12px13px15px17px
Tarix:14/05/18

Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq.
 
Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək.
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində "Google", "Lenovo", "Nutanix", ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib.
 
"Lenovo" şirkətinin vitse-prezidenti Roderik Lappin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində "R&D" laboratoriyasının yaradılması, inkubasiya proqramı və "Lenovo Vençur Proqramı"nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.
 
ABŞ-ın aparıcı "Nutanix" şirkətinin rəhbəri ilə də görüş keçirilib. "Nutanix" şirkətinin prezidenti Sudhiş Nayer Yüksək Texnologiyalar Parkının və Azərbaycanda ali təhsil müəssisələrindən birinin tərəfdaş olaraq seçilib təhsil və elmi mübadilə proqramına cəlb olunmasını, akademiyanın yaradılmasını, yerli startapların Silikon Vadisinə mütəmadi səfərlərinin təşkil olunmasını təklif edib.
 
ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının (OPIC) kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru Tara Bleyk ikitərəfli görüşdə Azərbaycanda yüksək texnologiyalar sahəsində investisiya və maliyyələşdirmə layihələrində maraqlı olduqlarını bildirib. Görüşdə cari il ərzində Yüksək Texnologiyalar Parkında Xarici Özəl İnvestisiyalar Korporasiyası ilə birlikdə yerli şirkətlər üçün investisiya imkanlarına dair informativ sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunub. 
 
Daha bir görüş İnnovativ Texnologiyalar Mərkəzinin İnvestisiyalar üzrə direktoru Marko Rubin ilə keçirilib. Bu görüşdə Yüksək Texnologiyalar Parkı ilə birgə layihələrin həyata keçirilməsi, yerli startaplara investorların cəlb olunmasında konsultasiya xidmətlərinin göstərilməsi müzakirə olunub.









Baxış sayı: 52

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım