12px13px15px17px
Tarix:17/05/18

“WhatsApp”a yeni funksiyalar əlavə olunub

“WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. Belə ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub. Qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni “@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.
 
Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.
 
Yeni “WhatsApp” funksiyalarından “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.
 
Nizam Nuriyev





Baxış sayı: 4

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018