12px13px15px17px
Tarix:26/07/19

“Google” ucuz smartfonlar üçün optimallaşdırılmış foto proqram təqdim edib

“Google” şirkəti “Android” sistemi ilə işləyən zəif və ucuz qurğular üçün optimallaşdırılmış “Go” proqramlar xəttini genişləndirib. "Google Photo" mobil tətbiqinin qənaətcil alternativi olan “Gallery Go” yaddaşda daha az yer tutur və oflayn rejimdə işləmək üçün funksiyalara malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Gallery Go” proqramı “Android” sistemində internetə qeyri-stabil qoşulma zamanı media-kitabxananı sistemləşdirməyə imkan verir. "Google Photo" proqramında olduğu kimi, kompüter təlimi alqoritmləri şəkilləri qruplaşdırmağa və nizamlamağa kömək edir. Həmçinin proqram bir düyməyə sıxmaqla şəklin keyfiyyətini yaxşılaşdıra və filtrlər tətbiq edə bilir. Proqramın tutumu 10 meqabaytdır.
Yeni proqramı “Google Play” mağazasından yükləmək mümkündür. “Android 8.1 Oreo” və sonrakı versiyalarla işləyən qurğulara quraşdırma mümkündür.
 
Emil Hüseynov



Baxış sayı: 1922

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024