12px13px15px17px
Tarix:21/10/19

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar "Aztelekom" MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində aparılan layihələrə qarşı bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayılır. "Aztelekom" MMC
respublikamızın milli operatoru olaraq respublika ictimaiyyətini həyata keçirilən layihələr barədə məlumatlandırmağı zəruri hesab edir.
 
"Aztelekom"un hazırda həyata keçirdiyi layihələrin məqsədi ölkənin telefonlaşdırılmayan, o cümlədən internet xidmətlərinin verilməsi imkanlarının hələ də mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber-optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən yeni avadanlıqlarla əvəzlənməsidir. Məqsəd relyefinə görə rabitə xətlərinin çəkilməsi çətinlik törədən və ya böyük sərmayə tələb edən ərazilərdə son nəsil simsiz rabitə texnologiyasının qurulması və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdir.

Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.
 
Məlumat üçün bildirək ki, uzun müddətdir xidməti ərazilərimizdə istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir. Hazırkı xətlər köhnəlmiş mis kabellərdir ki, bu da istər sabit rabitə xidmətlərinin verilməsində, istərsə də yüksəksürətli internet xidmətlərinin verilməsində ciddi problemlərə səbəb olur. Hazırkı şəbəkə öz başlanğıcını Elektron ATS-lərdən götürür. EATS-lərdən isə abunəçilərə məsafə uzaq olduğundan, yüksəksürətli internetin verilməsində maneələr yaranır və abunəçilərin haqlı narazılığına səbəb olur.
 
"Aztelekom" xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır. Bu məqsədlə artıq Gəncə və Sumqayıt şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər başlanıb və uğurla davam etdirilir. Əlavə olaraq bildirək ki, hazırda köhnə şəbəkənin yenilənməsi nəticəsində NGN (Next Generation Networks) avadanlıqları (yeni nəsil avadanlıqlar) quraşdırılır ki, bu da çəkilən xərclərə qənaət etmək imkanı  yaradır. Eyni zamanda əvvəlkindən bir neçə dəfə sürətli və keyfiyyətli internet, o cümlədən dayanıqlı rabitə və digər yeni xidmətləri vermək imkanı yaradır.
 
Müqayisə üçün bildiririk ki, yeni rabitə şəbəkəsinin qurulması üçün böyük həcmdə vəsait tələb edildiyindən, Qərbi Avropa ölkələrinin rabitə infrastrukturunda ənənəvi mis kabel xətlərindən hələ də geniş istifadə edilməkdədir. Son hesabatlara əsasən, Avropa ölkələrində internet istifadəçilərinin 61%-i  xDSL (Digital Subscriber Lİne) texnologiyası üzərindən xidmət alırlar. Azərbaycan Respublikasında isə artıq rabitə şəbəkəsini yeni, müasir standartlara uyğunlaşdırmaq üçün yenidənqurma işləri başlanmış və mərhələli şəkildə aparılmaqdadır. Layihələrin həyata keçirilməsi nəticəsində region telekommunikasiya şəbəkəsində optik kabelin çəkisi 80%-ə çatdırılacaq.
 
Hazırda "Aztelekom" tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq. Qeyd olunan ərazilərdə bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar. 



Baxış sayı: 9455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Avqust 2020

07/08/20
“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri

07/08/20
Yeni “Sony” qulaqcığı eyni anda iki qurğuya qoşulur

“Sony” şirkəti yeni “WH-1000XM4” simsiz qulaqcığını təqdim edib. O, 2018-ci ildə buraxılan populyar “WH-1

07/08/20
Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən

07/08/20
“Chrome” üçün saxta genişlənmələr 80 milyon kompüteri yoluxdurub

“AdGuard” şirkətinin mütəxəssisləri populyar “Google Chrome” brauzeri üçün internetdə reklamın blo

07/08/20
“TikTok” Avropada ilk data mərkəzi açacaq

“TikTok” servisinin sahibi Çinin “ByteDance” şirkəti Avropa ərazisində ilk data mərkəzinin açılması

07/08/20
“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

“Huawei” şirkəti “Huawei Smart Display” adlı “ağıllı” televizorlar seriyasına üç yeni model əlav

07/08/20
Noutbuklar üçün “5G” modemi nümayiş olunub

Ötən il noutbuklar üçün “5G” modemin hazırlanması məqsədilə tərəfdaşlıq haqqında saziş imzalayan “MediaT

07/08/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT)

06 08 2020

06/08/20
Hakerlər “Canon” şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər

İstifadəçilərin foto və videolarının saxlanıldığı Yaponiyanın “Canon” şirkətinin “bulud” xidmətinə hakerl

06/08/20
“Android” sistemində vacib faylların yeni mühafizə üsulu hazırlanıb

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın

06/08/20
“5G” sürətlə inkişaf edir

Bu gün “Huawei” şirkətinin beşinci nəsil mobil rabitə texnologiyalarının inkişafına həsr edilən növbəti k

06/08/20
“Facebook” şirkəti “Instagram”da “TikTok” xidmətinin analoqunu istifadəyə verib

ABŞ-ın “Facebook” şirkəti “Instagram”da “TikTok”a oxşar “Reels” xidmətini istifadəyə verib.

06/08/20
Ən məhsuldar smartfonlar bəlli olub

“Oppo” şirkətinin aparatları 2020-ci ilin iyulunda ən məhsuldar “Android” smartfonları reytinqində lider

06/08/20
“Huawei GameCenter” oyun mərkəzi analoji “Google” servisini əvəzləyəcək

“Huawei” şirkəti “GameCenter” oyun platformasını istifadəyə verib.

06/08/20
Korporativ sektorun İT sahəsində xərcləri azalıb

“Gartner” şirkəti bu il üçün korporativ informasiya texnologiyaları bazarının inkişafı üzrə yeni proqnoz

06/08/20
Yeni “Samsung” məhsulları təqdim olunub

“Samsung Electronics” şirkəti onlayn təqdimat zamanı bir neçə yeni qurğu təqdim edib. Nümayiş olunan məhs