12px13px15px17px
Tarix:04/12/19

“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib

Bu gün "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib. Builki konfrans "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib.

 

Konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, "Aztelekom", "Baktelekom" və Məlumat Hesablama Mərkəzinin tərəfdaşlığı, "Azercell"in sponsorluğu ilə təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Əşyaların interneti"nin "5G", bulud texnologiyaları, böyük datalar, süni intellekt kimi texnologiyalar ilə birlikdə sürətlə bütün sahələri dəyişdiyini söyləyib. Yeni texnologiyalar, o cümlədən "Əşyaların interneti"nin bu gün hökumətlərin, beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumunun bununla bağlı tövsiyələr hazırladığını diqqətə çatdırıb.

 

Elmir Vəlizadə bildirib ki, nazirliyin tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində "Microsoft Azerbaijan" şirkətinin dəstəyi ilə "Əşyaların interneti laboratoriyası" qurulub. "Laboratoriyada "Əşyaların interneti" həllərinin yaradılması üçün hər cür şərait var. Artıq burada yaradılmış bir neçə həll "Bakutel" sərgisinin "Əşyaların interneti" stendində nümayiş etdirilir".

 

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao çıxış edib. Baş katib bildirib ki, 2025-ci ildə "Əşyaların interneti" bazarının həcminin 1 trilyon dollar olacağı, şəbəkəyə qoşulacaq əşyaların sayının isə 75 milyarda çatacağı proqnozlaşdırılır.

 

Tədbirdə "Əşyaların interneti" üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunub.

 

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.

 

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının "Süni intellekt", "Rəqəmsal startaplar və innovativ sahibkarlıq", "Dördüncü sənaye inqilabı", "Elm tutumlu istehsalat", "Kiberhazırlıq" və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

 

Ötənilki Xəzər İnnovasiya Konfransı "Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı" mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

 

Qeyd edək ki, innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.

 

 

 

 





Baxış sayı: 5227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Avqust 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini 

12 08 2020

12/08/20
Yeni virus istifadəçilərdən VPN xidmətinin məlumatlarını oğurlayır

İlk xatırlatması 2014-cü ilə təsadüf edən “Agent Tesla” kompüter virusu yenidən kibertəhlükəsizlik üzrə mütə

12/08/20
88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

“LG Electronics” şirkəti premium sinfinə aid “LG Signature” (OLED88ZX9LA modeli) televizorunu təqdim edib. 

12/08/20
“Xiaomi” şirkəti qabaqcıl smartfonunu təqdim edib

“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib

12/08/20
“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

Çinin “Xiaomi” şirkəti populyar “Redmi Note 9” smartfonunu yeni rəng çalarında təqdim edib

12/08/20
“Samsung Galaxy Note20” və “Galaxy Tab S7” qurğularının xüsusi versiyaları nümayiş olunub

“Samsung” şirkəti “Samsung Galaxy Note20” smartfonunun və “Galaxy Tab S7” planşetinin “Enterprise Edition&rd

12/08/20
Şəffaf “Xiaomi” televizoru təqdim edilib

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib<