12px13px15px17px
Tarix:19/02/20

“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatlarını 3 müxtəlif tətbiq vasitəsilə redaktə etmək imkanı yaratmışdı. Amma indi şirkət həmin tətbiqləri “Microsoft Office” adlı ümumi ofis paketində birləşdirməyə dair qərar verib. Sözügedən proqram artıq “Google Play” proqramlar mağazasında əlçatandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkət standart proqramlardan əlavə “OneDrive” bulud sisteminin qoşulması, həmçinin PDF fayllarını skan etmə və imzalamaq üçün əlavə utilitlər də təqdim edib.

 

“Microsoft Office”in mobil versiyasına faylların sürətli paylaşımı üçün bir neçə yeni funksiya və QR kod skaneri əlavə edilib.

 

Emil Hüseynov





Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024