12px13px15px17px
Tarix:25/02/20

Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib. Sistem “MQ-9 Reaper” zərbə dronu üçün hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, lazer peyk rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli artırmağa imkan verir. Bundan başqa, belə sistemlər siqnalın ələ keçirilmə ehtimalını azaldır.

 

Bildirilir ki, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən “MQ-9B Reaper” pilotsuz uçuş aparatı əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi üçün istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıyan aparatın maksimal sürəti 482 km/saat təşkil edir.

 

Sistem hazırda orbitdə olan “LCT135” terminalı bazasında yaradılacaq. O, 1,8 giqabit/saniyə sürətində məlumat mübadiləsini dəstəkləyir, eləcə də informasiyanın 80 km məsafəyə ötürülməsini təmin edir.

 

Sistemin sınaqları Atlantik okeanda yerləşən Tenerife adasında keçirilib. Testin məqsədi həllin informasiyanı orbitdə olan peykdən pilotsuz uçuş aparatına ötürülməsinin yoxlanılması olub. Digər məlumatlar açıqlanmır.

 

Nizam Nuriyev





Baxış sayı: 154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Aprel 2020

04 04 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.