12px13px15px17px
Tarix:28/02/20

“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxmasından şikayət ediblər. Bu haqda “iXBT” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bu həftə “Xiaomi”nin “Android 10” sisteminin idarəetməsi altında işləyən qabaqcıl qurğusunun Avropa versiyasında “MIUI 11”in son versiyası əlçatan olub. Onu quraşdırdıqdan sonra smartfon işçi masanı yükləməyi dayandırıb. Bu halda qurğu adi rejimdə işinə davam edir.

 

"Yuxarı menyu işləyir, tənzimləmələrə daxil olmaq mümkündür, smartfon zəng və mesajları qəbul etməyə davam edir" – məqalədə deyilir.

 

Ancaq əsas ekrana keçdikdə istifadəçilər “MIUI”nin işində nasazlıq haqqında bildiriş alırlar.

 

Portalın mütəxəssisləri bildiriblər ki, nə yenidən yükləmə, nə standart parametrlərin bərpası problemin həllində kömək etmir.

 

Bundan sonra portalın mütəxəssisləri yaranmış problemi "MIUI işçi masası" proqramının tənzimləmələrində yeniləmələri silmək yolu ilə həll etməyi tövsiyə ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024