12px13px15px17px
Tarix:23/03/20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Prezidentin çağırışına qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “COVİD-19” zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.
 
Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb.
 
Məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.
 
Xatırladaq ki, koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyanın prioritetinə çevrilib. Ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri biznes və iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərir. 
 
Məlumat üçün bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
 




Baxış sayı: 2384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Avqust 2020

10 08 2020

10/08/20
Ən sürətli enerjidoldurma texnologiyasına malik smartfonlar bəlli olub

“Android Authority” nəşrinin mütəxəssisləri tərəfindən keçirilmiş araşdırmada ən sürətli enerjidoldurma texnologiyasına m

10/08/20
“Raspberry Pi Zero” əsasında işləyən smartfon ölçüsündə minikompüter təqdim edilib

2017-ci ildə “Zero Terminal Mini” minikompüterini təqdim etmiş “NODE” startapı populyar “Raspberry Pi Zero”&n

10/08/20
“Vivo Y1s” smartfonu “MediaTek Helio P35” çipi ilə təchiz olunub

Çinin “Vivo” şirkəti “Funtouch OS 10.5” (Android 10 əsasında) əməliyyat sistemi və “MediaTek” prosessoru&nb

10/08/20
“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

“Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi 

10/08/20
Çində “iPhone” smartfonlarının satışı təhlükə altındadır

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində &ldqu

10/08/20
“Toshiba” noutbuklar bazarını tərk edib

Yaponiyanın “Toshiba” korporasiyası “Dynabook” şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam

10/08/20
“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın “Twitter” mikrobloqlar servisi və Çinin “TikTok” sosial şəbəkəsi arasında mümkün birləşmə