12px13px15px17px
Tarix:22/05/20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bayram günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
 
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
 
24-25 may tarixlərində Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən "Şəbəkə" xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Mərkəzlər digər bayram günlərində isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.
 
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı "1655" nömrəli "Qaynar xətt"lə əlaqə saxlamaları xahiş olunur.




Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyul 2020

03 07 2020

03/07/20
“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib

“Huawei” şirkətinə məxsus “Honor” brendi 90 hers yeniləmə tezlikli ekran və “MediaTek Dimensity 800

03/07/20
Yaponiyada piyadalara smartfondan istifadə etmək qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab

03/07/20
Yeni “OnePlus” televizorları nümayiş olunub

“OnePlus” şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model – “HD” təsvir<

03/07/20
“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirildi

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plena

03/07/20
Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompü

03/07/20
Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

“Strategy Analytics” tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınm

03/07/20
“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək

“MediaTek” şirkəti “ağıllı” televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş et

03/07/20
“Sony” şirkətinin adı dəyişib

“Sony” səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının “Sony Gr

03/07/20
“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV Master Series” adlı yeni “ağıllı” televizorlar seriyası təqdim edib. Se