12px13px15px17px
Tarix:22/05/20

2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq

“Strategy Analytics” mütəxəssislərinin proqnozuna görə, “COVID-19” pandemiyasının yaratdığı iqtisadi böhran fonunda 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə olunan gəlir 2,6% azalacaq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, 2021-ci ildə yalnız cüzi bərpa gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, adətən mobil operatorların xidmət gəlirlərinin 2-4%-ni təşkil edən rouminqdən əldə olunan gəlirlər daha çox azalıb. Turizm fəaliyyətinin əvvəlki vəziyyətinə qayıtmasının uzun çəkəcəyini nəzərə alsaq, 2021-ci ildə də bir çox regionlarda rouminqdən əldə edilən gəlir aşağı səviyyədə olacaq.

 

Həmçinin işsizliyin artması və ixtisarlar sektordakı vəziyyətə təsir edir. Mobil telefon və rabitənin əksər insanlar üçün vacib bir alət olaraq qalmasına baxmayaraq, azalan gəlirlərə görə xərclərə düzəliş ediləcək.

 

Bununla yanaşı, özünü təcridetmə, distant təhsil və iş rejiminə keçid dövründə genişzolaqlı rabitənin tamamilə zəruri olduğu məlum olub. Bir çox operatorlar səs trafikində və məlumatların ötürülmə həcmində xeyli artım qeydə alıblar.

 

Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, yaxın 5 ildə mobil operatorlar çətin iş şəraitində işləməli olacaqlar.

 

Emil Hüseynov





Baxış sayı: 172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 İyul 2020

08 07 2020

08/07/20
Ev routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib

Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə istifadə üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlü

08/07/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkila

08/07/20
Keniyada hava şarlarının köməyilə “4G” internet əlçatan olub

“Loon” şirkəti Keniyada hava şarlarının köməyilə paylanan yüksəksürətli internet əlçatan olub. 35 mind<

08/07/20
“Samsung” şirkəti tərəfindən tapılmış material yarımkeçiricilər dünyasını dəyişdirə bilər

“Samsung Advanced Institute of Technology” (SAIT) tədqiqat komandası Ulsan Milli Elm və Texnologiya İnsti

08/07/20
“Motorola G 5G Plus” smartfonu rəsmən təqdim edilib

Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta sinifli “Motorola G 5G Plus” smartfonu rəsmən

08/07/20
“Samsung” şirkəti smartfonlar üçün yığcam sterilizator təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjid

08/07/20
“Samsung Galaxy Unpacked 2020” tədbiri nə vaxt keçiriləcək?

“Samsung” şirkəti növbəti “Galaxy Unpacked” təqdimatı üçün rəsmi dəvətnaməni dərc edib. İlk dəfə t

08/07/20
Yeni “LG” səs paneli “GX Gallery” televizorları üçün yaradılıb

“LG Electronics” (LG) şirkəti “GX Soundbar” adlı yeni səs panelini təqdim edib.

08/07/20
“Lenovo ThinkVision M14t” monitoru sensorlu idarəetməni dəstəkləyir

“Lenovo” şirkəti portativ kompüterlərlə birlikdə istifadə üçün nəzərdə tutulan “ThinkVision M14t”