12px13px15px17px
Tarix:03/07/20

Yaponiyada piyadalara smartfondan istifadə etmək qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, indi yaponlar küçədə və hətta parkda gəzinti zamanı telefonlara baxa bilməz. Təxminən 240 min sakin bu təşəbbüsü dəstəkləyib. Piyadalar üçün smartfon qadağası haqqında xəbərdarlıq şəhər vağzalında səsgücləndiricilər vasitəsilə elan edilir. Hələ ki qaydanı pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyi məlum deyil.

 

Yamatonun bəzi sakinlərinin fikrincə, qadağa qoyulmasına bəlkə də ehtiyac yox idi, sadəcə, insanlara daha ehtiyatlı olmağı məsləhət etməklə problemi həll etmək olardı.

 

Emil Hüseynov





Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024