12px13px15px17px
Tarix:15/07/20

“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

“Samsung” şirkəti altıncı nəsil mobil rabitə şəbəkəsi haqqında onun təsəvvürlərini əks etdirən hesabat dərc edib. Sənəddə “6G” şəbəkəsinin tətbiqinin müxtəlif senariləri barədə danışılır, şirkət tərəfindən ilk kommersiya şəbəkələrinin 2028-ci ildə yaradılacağı, 2030-cu ildə isə istifadəçilər arasında populyarlıq qazanacağı proqnozlaşdırılır. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti ildə “6G” konsepsiyasının müəyyənləşdirilməsi üzrə işə başlaması vurğulanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısının hesabatında “6G” tələbləri üçün üç əsas kateqoriya müəyyənləşdirilib: məhsuldarlıq, arxitektura və etibarlılıq. Altıncı nəsil mobil rabitə şəbəkəsinin mahiyyəti yüksəksürətli rabitənin həyatın bütün aspektlərinə daxil edilməsindən ibarətdir. Maraqlıdır ki, şirkət maksimal məlumat ötürmə sürətini 1000 Qbit/saniyə proqnozlaşdırır ki, bu da “5G” göstəricilərini 50 dəfə üstələyir. Yubanma isə 100 millisaniyə təşkil edir – beşinci nəsil mobil rabitə şəbəkələrində gecikmənin onda bir hissəsi.

 

“Samsung” proqnozları hər növbəti nəsil – “2G” şəbəkəsindən “5G” şəbəkəsinədək texniki standartların hazırlanması vaxtının azalmasına əsaslanır. Belə ki, “3G” şəbəkəsinin yaradılması üçün 15 il tələb olunduğu halda “5G” şəbəkəsinin işə salınmasına 8 il lazım olub. Şirkət nümayəndələri əmindir ki, “6G” şəbəkəsinin ərsəyə gəlməsində də müddətin azalması tendensiyası davam edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024