12px13px15px17px
Tarix:02/12/20

“Arecibo” radioteleskopu sökülüb

Puerto-Rikoda yerləşən “Arecibo” radioteleskopunun platformasının reflektorun üzərinə çökməsi teleskopun tam dağılması ilə nəticələnib. Bu barədə ABŞ Milli Meteorologiya Xidmətinin əməkdaşı Debora Martorellinin “Twitter” bloqunda deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dağıntı ABŞ Milli Elmi Fondu teleskopu istismardan çıxararaq onun sökülməsi ilə bağlı qərar qəbul etdikdən bir neçə gün sonra baş verib. Qərarın qəbul edilməsinə səbəb kimi 57 yaşlı radioteleskopun qəzalı vəziyyətdə olması göstərilir. Bu ilin avqustunda 900 tonluq platformanı havada saxlayan yardımçı burazlardan biri qırılaraq teleskopun aşağı hissəsi üzərinə çöküb və milyonlarla dollarlıq ziyan vurub. Noyabrda isə əsas burazlardan biri qırılıb. Nəticədə mütəxəssislər belə qərara gəliblər ki, konstruksiyanın təmir edilməsi məqsədilə göstərilən səylər işçilər üçün təhlükəlidir və onun dağılmasına səbəb ola bilər. Mütəxəssislər tərəfindən teleskopun nəzarət altında sökülməsi üçün plan tərtib edilərək antenanın vəziyyətinin təkrar qiymətləndiriləcəyi nəzərdə tutulsa da, artıq buna ehtiyac qalmayıb. Rəsədxana əməkdaşları platformanın çökməsi nəticəsində xəsarət almayıblar.

“Arecibo” radioteleskopu karst dəliyində yerləşən 305 metr diametrli sferik antena və antena üzərində 18 metal buraz vasitəsilə üç beton qülləyə birləşdirilərək 137 metr hündürlükdə asılmış şüalandırıcıya malik 900 tonluq hərəkətli platformadan ibarət olub. Radioteleskop 50 ildən çox fəaliyyət göstərdiyi dövrdə elmə böyük töhfə verib. Belə ki, onun vasitəsilə ətrafında ilk məlum ekzoplanetlərin dövr etdiyi “PSR B1257+12” pulsarı kəşf edilib. Həmçinin “Arecibo” tərəfindən sürətli radiosəslər qeydə alınıb.

“Arecibo” radioteleskopu mövcud olduğu müddət ərzində dəfələrlə serial və kionaların çəkildiyi yer kimi istifadə edilib. Məsələn, “Qızıl göz” filminin son epizodları orada çəkilib.

Nizam Nuriyev





Baxış sayı: 199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə