12px13px15px17px
Tarix:03/12/20

“Xiaomi” smartfonu dünyada ən güclü prosessorla təchiz ediləcək

Yeni “Snapdragon 888” prosessoru ilə təchiz ediləcək ilk smartfon qabaqcıl “Xiaomi” modeli olacaq. Bu barədə “GizmoChina” nəşrinin şirkətin baş direktoru Ley Tszyuna istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, qabaqcıl “Android” smartfonları üçün dünyada ən güclüsü hesab edilən yeni prosessor “Snapdragon Summit 2020” konfransında təqdim edilib. Konfrans başa çatdıqdan sonra şirkətin baş direktoru “Weibo” sosial şəbəkəsində məlumat dərc edərək “Xiaomi Mi 11” smartfonunun bazarda ilk dəfə yeni çiplə təchiz ediləcəyini açıqlayıb.
 
Jurnalistlər qeyd edib ki, “Xiaomi” şirkəti, həmçinin “Snapdragon 888” əsasında gələcək qurğunun dəqiq adını açıqlayan ilk smartfon istehsalçısıdır. Prosessorun təqdimatında ümumilikdə qurğuları aktual prosessorla təchiz ediləcək 11 şirkətin adı açıqlanıb. “Xiaomi” və onun “Black Shark” törəmə brendi ilə yanaşı, “Snapdragon 888” əsasında qabaqcıl modellər “ASUS”, “Lenovo”, “LG”, “Meizu”, “Motorola”, “Nubia”, “Realme”, “OnePlus”, “OPPO”, “Sharp”, “Vivo” və “ZTE” tərəfindən buraxılacaq. “Samsung” bu siyahıda yer almayıb – müəlliflərin fikrincə, şirkət bütün qurğularını ya “Exynos” prosessoruna keçirəcək, ya da digər “Snapdragon” versiyası ilə təchiz edəcək.  
 
Konfransda təqdim edilən çip “Snapdragon 865” prosessorunu əvəz edəcək. O, üçüncü nəsil “Qualcomm Snapdragon X60 5G” modeminə malikdir, “5G” şəbəkələrində “mmWave” və “sub-6” standartlarında işi, 144 giqahers yeniləmə tezliyində ekranları və eyni anda bir neçə SİM kartın işləməsini dəstəkləyir.
 
Qabaqcıl “Xiaomi” modelinin dəqiq buraxılma tarixi barədə məlumat verilmir. Jurnalistlərin fikrincə, yeni çip əsasında ilk qurğular 2021-ci ilin əvvəlində təqdim ediləcək.
 
Nizam Nuriyev




Baxış sayı: 128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. 

21/01/21
“Google” servisli ilk “Honor” smartfonu məlum olub

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon”

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021