12px13px15px17px
Tarix:18/01/21

Aztelekom Zaqatalada 384 ailənin mənzilini müasir avadanlıqla təmin etdi

Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti layihə Zaqatala rayonunda icra olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Zaqatalada əhatə dairəsini genişləndirib. Məqsəd əhali, müəssisə və təşkilatlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

 

Qeyd edək ki, Zaqatalada mərkəzi xətt şəbəkəsi təmir edilərək müasir tələblər səviyyəsinə çatdırılıb, kabel-kanal sistemi texniki normalara gətirilib, köhnə dirəklər bərpa edilib, sıradan çıxmış dirəklər isə yeniləri ilə əvəz olunub. Eyni zamanda, əhalinin telefon və internet tələbatını ödəmək məqsədilə Uzunqazmalar, Danaçı, Aşağı Tala, Gözbarax, Lahıc kəndlərində texniki işlər aparılmaqla rabitə avadanlıqlarının tutumu artırılıb.

 

Rayonun Suvagil kəndində əhali sayının artması və yeni yaşayış evlərinin tikilməsi nəticəsində kəndin ərazisi kifayət qədər genişlənib. Kənd əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq, "Aztelekom" tərəfindən 384 ailənin mənzilinə və əraziyə telekommunikasiya xidmətlərindən istifadə etmək üçün müasir avadanlıq quraşdırılıb. Sakinlərin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib.

 

Son bir ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC tərəfindən həlli vacib bir sıra işlər görülüb, mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilib. Nəticədə rayonlar üzrə rabitə şəbəkəsinin genişləndirilməsi işləri aparılıb, həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilib. Şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı, regionlarda paralel olaraq indiyədək telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub.

 


 

 





Baxış sayı: 167

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur