12px13px15px17px
Tarix:21/01/21

“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. Onlar altıncı nəsil şəbəkələrindən gözləntilər barədə məlumat veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Counterpoint” şirkətinin hesabatına əsasən, “6G” şəbəkəsində buraxılış qabiliyyəti terabitlə ölçüləcək. Buraxılış qabiliyyəti dedikdə, müəyyən müddət ərzində qovşaqlar arasında ötürülə bilən məlumatların tutumu nəzərdə tutulur.
 
“6G” texnologiyasının üstünlükləri aşağıdakılardır:
 
  • 8K/16K keyfiyyətində videoların striminqi;
  • holoqrafik təsvirlərin naqilsiz ötürülməsi;
  • robotların idarə edilməsi vaxtı mikrosaniyəlik ləngimələr;
  • təkmilləşdirilmiş virtual reallıq təcrübəsi;
  • Sürücüyə kömək üzrə təkmilləşdirilmiş sistemdə 3D və 4K (ADAS).
 
Ancaq proqnoza görə, “6G” kommersiya şəbəkələrinin işə salınması 2028-ci ildən tez olmayacaq.
 
Emil Hüseynov





Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024