12px13px15px17px
Tarix:05/03/21

NRYTN-in dəstəyi ilə nəşr olunan beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli müvafiq Sərəncam imzalayıb.

 

Lütfi Zadənin 100 illiyi ilə əlaqədar "Applied and Computational Mathematics" beynəlxalq jurnalının "Fuzzy Logic and its Application to Modeling Epidemies: Coronavirus and Beyond" mövzusunda xüsusi buraxılışı dərc olunub.

 

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan "Applied and Computational Mathematics" Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

 

Xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin "COVID-19"-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (COVID-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

 

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

 

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.





Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2021

20 04 2021

20/04/21
Dünyada ən populyar smartfon istehsalçısı məlum olub

“Strategy Analytics” şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübünün nəticəsinə görə “Samsun

20/04/21
“Facebook” istifadəçilərinə genişmiqyaslı kiberhücum haqqında xəbərdarlıq edilib

“Facebook” sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ol

20/04/21
Dünyada 4 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk prosessor təqdim ediləcək

Tayvanın “MediaTek” şirkəti yeni texnoloji prosesə keçidə hazırlaşır. Bu barədə “Gizmochina” nəşri yazır.

20/04/21
“Samsung” böyük həcmli akkumulyatora malik ucuz smartfon təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti böyük həcmli akkumulyatora malik “M” seriyasına məxsus yeni smartfon h

20/04/21
Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti

20/04/21
“Huawei” smartfonları ucuzlaşıb

“Huawei” şirkəti dəstdə enerjidoldurma qurğusunun olmaması səbəbindən smartfonların qiymətini

20/04/21
Gələcək “Apple” qurğuları açıqlanıb

“Apple” şirkətinin aprelin 20-də keçiriləcək tədbirində innovativ məhsullar nümayiş olunmayacaq. Bunu jur

20/04/21
Yeni smartfon defisiti proqnozlaşdırılır

Elektronika üçün prosessorların tədarükünün məhdudlaşdırılması 2022-ci ildə də davam edəcək. Bu, qurğu ça

20/04/21
“IDC”: “Bu il İT və biznes xidmətləri bazarında artım sürətlə bərpa olunacaq”

“IDC” analitik şirkəti 2020-ci ildə dünyada İT və biznes xidmətlərinin satış həcminin 1,16 faiz (sabit va