12px13px15px17px
Tarix:18/02/13

Azərbaycanlı şagirdlər informatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar

Azərbaycanlı şagirdlər "Bebras" İnformatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, "Bebras" ("Qunduz", "Bobyor") müsabiqəsinin keçirilməsində əsas məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması, eləcə də informatika fənninin bütün məktəblilər üçün əsas elm sahəsinə çevrilməsinə xidmət etməkdən ibarətdir.

Eyni zamanda məqsəd tələbə, şagird və müəllim heyəti tərəfindən təhsildə informasiya texnologiyalarının daha intensiv şəkildə tətbiqinə nail olmaq, məktəbdə uşaqları informasiya texnologiyaları ilə daha erkən yaşdan maraqlandırmaq, şagirdlərin alqoritmlər və məntiqi təfəkkürünün inkişafı ilə yanaşı, onların informasiya mədəniyyətini formalaşdırmaq, həmçinin yaradıcı potensialını inkişaf etdirmək, informasiya texnologiyasından daha sürətli, yaradıcı formada istifadə edən tələbə və şagirdləri müəyyən etməkdir. Müsabiqəsinin əsas prinsipləri dünyada məşhur olan "Kenquru" riyaziyyat yarışmasından götürülüb.

Amma yarışmalar arasında əsas fərq odur ki, "Bebras" tam kompüterləşmiş və internet vasitəsilə distant şəkildə - onlayn rejimdə həyata keçirilir. Müsabiqənin keçirilməsində vacib şərt məktəblərdə internetə qoşulmuş kompüter otaqlarının olmasıdır. Yarışma internetə çıxışı olan məktəblərin kompüter siniflərinin bazasında və ya fərdi şəkildə uşaqların internetə çıxışı olan şəxsi kompüterləri olduğu halda keçirilir. Məktəblərin bu yarışmada iştirak etməsi üçün əvvəlcədən təşkilatçı müəyyənləşdirilməli, onun vasitəsilə müsabiqənin keçirildiyi "http://bebras.ru/" saytına ərizə ilə müraciət etməli və bunun üçün müəyyənləşdirilmiş xərcləri ödəməlidir. Məktəb təşkilatçıları ilə əlaqə sayt və ya elektron ünvan vasitəsilə aparılır. Nəticələr hər yaş qrupu üzrə ayrıca aparılır.

Müsabiqədə ümumi təhsil və peşə təhsili müəssisələrinin şagirdləri iştirak edə bilər. İştirakçılar 3-4, 5-6, 7-8 və 9-10-cu siniflər üzrə bölünür. Yarışdan sonra hər bir iştirakçı şəxsi qeydiyyat vəsiqəsi ilə müsabiqənin saytına daxil olaraq nəticələrlə tanış ola bilər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılır. Daha çox iştirakçı cəlb etmiş məktəblər, fəal məktəb təşkilatçıları fəxri fərman və hədiyyələrlə təltif olunur. Müsabiqənin finalı noyabr ayında baş tutacaq.

Qeyd edək ki, "Bebras" (Qunduz) müsabiqəsinin ideyası Vilnüs Universitetinin professoru Valentina Daqen tərəfindən beynəlxalq təşəbbüs kimi irəli sürülüb və müsabiqənin "Qunduz" adlandırılması ideyası onun 2003-cü ildə Finlandiyaya səfəri zamanı meydana gəlib. İnadkar, zəhmətsevərliliyi, məqsədinə çatana qədər cəhd göstərməsi kimi xüsusiyyətləri müsabiqənin də məhz bu ağıllı heyvanın şərəfinə adlandırılması ilə nəticələnib. Beləliklə, ilk müsabiqə 2004-cü ildə Litvada keçirilib.

Hazırda müsabiqədə 21 üzv ölkə (Avstriya, Kanada, Estoniya, Fransa, Macarıstan, Yaponiya, Litva, Polşa, Sloveniya, İsveçrə, Ukrayna, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Almaniya, İtaliya, Latviya, Niderland, Slovakiya, İsveç, Tayvan) iştirak edir. İsrail, Rusiya, Kipr Respublikası, ABŞ, Böyük Britaniya, İspaniya kimi dövlətlərdə də müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan adıçəkilən müsabiqəyə 2013-cü ildə qoşulub. "Bebras" müsabiqəsinin fəaliyyəti Bebras üzrə Beynəlxalq Komitə tərəfindən koordinasiya edilir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2017

23 10 2017

23/10/17
“YouTube” mobil tətbiqində çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib

Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayırlar. Amma 

23/10/17
Avtonom üzən ev konsepti təqdim edilib

ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş pane

23/10/17
Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub

Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar

23/10/17
İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır

“IDC” analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin 

23/10/17
Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub

Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı 

23/10/17
BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb

BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi 

23/10/17
“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq

“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend 

23/10/17
Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb

Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt