12px13px15px17px
Tarix:04/04/13

Azərbaycanda “İnternet - biznes sahəsində investisiya mühiti və milli “StartUplar” mövzusunda konfrans keçiriləcək

"StartUp Azərbaycan" Təşkilat Komitəsi tərəfindən aprelin 10-da "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfrans keçiriləcək.

Təşkilat Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, konfransın məqsədi ölkədə milli "StartUp"ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda "StartUp Azərbaycan" layihəsinin təqdimatının keçirilməsi, həmçinin milli "StartUp"ların inkişafını ləngidən problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulub.

Konfrans "Milli StartUplar: mövcud vəziyyət və inkişaf perspektivləri" və "StartUplar üçün investisiya mühitinin inkişaf perspektivləri" mövzusunda 2 sessiyadan ibarət olacaq.

Tədbirdə ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu "StartUp" təmsilçilərinin, investorların maraqlı təqdimatları olacaq. Qeyd edək ki, layihə çərçivəsində elan olunan müsabiqəyə milli "StartUplar" təqdim edilir və qeydiyyat prosesi mayın 10-dək davam edəcək.

Eyni zamanda qarşıdakı günlərdə "StartUp" komandalarının formalaşdırılması üzrə tədbirlərin keçirilməsi və maraqlı "StartUp" kampların təşkili nəzərdə tutulub. "StartUp Azərbaycan" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell" , "Microsoft", "İnfi Pro" şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.

Aynur Vəliyeva



Baxış sayı: 1469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024