waplog

Hindistanda dindar müsəlmanlar üçün telefon yaradılıb


Hindistanın “İ-Tel İndia” və “Beyon” şirkətləri ölkədə ilk dəfə olaraq müsəlmanlar üçün telefon çıxarır. “i786” modeli satışa noyabr ayının 12-də çıxarılacaq və qiyməti 60 dollar olacaq. Bundan əvvəl də belə modellər çıxarılıb, lakin onların qiyməti baha olub. “i786” telefonunun adını İslamın aparıcı mütəxəssisləri bəyəniblər, onların fikirlərinə əsasən,

Bu gün Stiv Cobsun dünyasını dəyişdiyi gündür (FOTO + VİDEO)


Heç kim ölmək istəmir. Amma ölüm hamımız üçün son dayanacaqdır. Hələ ki heç kim əcəldən qaçmayıb.

Pərəstişkarları Cobsun xatirəsini “Apple” mağazalarında yad edir


“Apple” şirkətinin sabiq rəhbəri Stiv Cobsun pərəstişkarları şirkətin firma mağazalarında yığılırlar. Bu barədə “Reuters” xəbər verib. İnsanlar Nyu-York, Şanxay, Honkonq, Sidney və başqa şəhərlərdə yerləşən “Apple” mağazalarına gedirlər. Onlar özləri ilə gül, şam, Cobsun şəkillərini və “Apple” məhsullarını gətirirlər.

Stiv Cobsun ölümündən də pul qazanmaq istəyirlər


Saytda “Stivə “hörmət” əlaməti olaraq mərhumun ailəsini dəstəkləmək üçün onun ixtiralarından birini alın” sərlövhəli reklam mətni yerləşdirilib . Məlum olduğu kimi, “Apple” şirkəti və onun banisi zənginliyi ilə seçilib.

Cobsun ölümü “Twitter”də əsas trend olub


“Apple” şirkətinin banilərindən biri Stiv Cobsun ölüm xəbəri dərhal “Twitter” trendlərində bir neçə mövqe tutub. Mikrobloq şəbəkəsində istifadəçilərin müzakirə etdikləri ən məşhur mövzu siyahısında 5 mövqe Stiv Cobsa aiddir. Birinci yeri "RIP Steve Jobs" ifadəsi ("Allah rəhmət eləsin, Stiv Cobs") tutub.

Həmyerlimiz Kiyevdə “Mobil tərcümə” layihəsini təqdim etmişdir


Ukrayna müstəqil xəbərlər informasiya agentliyinin (UNİAN) verdiyi məlumata görə, Kiyevdə “Mobil tərcümə” layihəsi təqdim edilmişdir. UNİAN-da bu məsələyə həsr olunmuş mətbuat konfransında çıxış edən həmyerlimiz, “Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsi üzrə beynəlxalq liqa” təşkilatının idarə heyətinin sədri Eduard Bağırov bildirmişdir ki,

Yupiterin peykində Yer kürəsi bakteriyaları ola bilər


Alimlərin kosmik fəzada həyatın mövcud olması barədə real sübutları hələlik yoxdur. Amma Argentina və Braziliya tədqiqatçıları aydınlaşdırmışlar ki, Yer kürəsinin mikroorqanizmləri Yupiterin peyki olan Avropada yaşamağa qadirdir. Söhbət ekstremofil bakteriyalarından gedir.

Stiv Cobsun ölümünə görə yeni smartfonun təqdimatı təxirə salınıb


“Google” və “Samsung” şirkətləri oktyabr ayının 11-də keçirilməsi nəzərdə tutulmuş “Nexus Prime” smartfonunun təqdimat tarixini başqa günə keçiriblər. Bu barədə “Stuff” yazıb. Tədbirin başqa günə keçirilməsinin səbəbi bildirilmir. “Pocket-lint” qeyd edir ki,

“Sony” Stiv Cobs haqqında film çəkmək istəyir


“Sony Pictures” kinofilm şirkəti Uolter Ayzeksonun "Stiv Cobs" kitabının ekranlaşdırılması üçün hüquqların əldə edilməsi haqqında danışıqların son mərhələsindədir. Təsdiq edilməmiş informasiyaya əsasən, saziş şirkətə təxminən 1 milyon dollara başa gələcək.

Həyat yoldaşını “Facebook”da statusunu “like” etmədiyinə görə döyüb


Amerikalı polis 36 yaşlı texaslı Benito Apolinarı həbs edib. O, öz həyat yoldaşının “Facebook”da onun statusunu “like” etmədiyinə görə döyüb, - “CNET” yazır. Öz əri ilə yaşamayan qadın Benito Apolinarın anasının ölümünün ildönümü haqqında xəbərinə əhəmiyyət verməyib.

Rəqəmsal əyləncə dünyasında qəribə qoxular


Fransanın “Olf-Action” şirkəti “Lisbon Design Show” (Portuqaliya; 11-15 oktyabr) sərgisində “SMELLİT” konsepsiyasını nümayiş etməyi planlaşdırır. “SMELLİT” konsepsiyasını dizayner Nuno Teykseyra təklif edib. Qurğu ekranda əks etdirilən məzmuna uyğun olaraq baza komponentlərinin dəsti əsasında müxtəlif ətirlər yaradır.

Almaniya hakimiyyəti vətəndaşları izlədiyini təsdiqləyib


Almaniya hakimiyyəti həqiqətən ölkənin bəzi vətəndaşları haqqında informasiya əldə edilməsi üçün troyan proqramından istifadə etdiyini təsdiqləyib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın tanınmış “Chaos Computer Club” haker qrupu şəxsi bəyanat dərc edib.

“Nokia” orijinal musiqisini dəyişmək üçün yeni bəstəkar tapıb


Finlandiyanın mobil telefon istehsalçısı “Nokia” şirkəti “Nokia Tune” "klassik" ringtonunun ən yaxşı remix müsabiqəsinin nəticələrini elan edib. Bu barədə şirkətin bloqunda bildirilib. 22 yaşlı italiyalı Valerio Alessandro Sissi müsabiqənin qalibi olub.

İlin “ənləri”


Cihaz, texnologiya və digər istehlak elektronikasına həsr edilmiş Britaniyanın ən böyük jurnalı “T3” ilin ən yaxşı qurğularını müəyyən edib. “Samsung Galaxy SII” smartfonu “ilin telefonu” adlandırılıb. İlk dəfə olaraq son 3 il ərzində bu mükafat ilə “HTC” və ya “Apple” şirkətinin smartfonları təltif edilməyib.

Hollandiya Senatı qələm və kağızı “iPad” ilə əvəz edib


Hollandiya Senatının (parlamentin yuxarı palatası) üzvləri yay tətillərindən qayıtdıqda iş masaları üzərində yeni “iPad” planşeti olduğunu görüblər. Məsələ ondadır ki, Hollandiya hökuməti kağız işlərini elektron növə keçirməyə qərar verib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL