waplog

Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayıb


İnnovativ sahibkarlığa, ümumilikdə bu sahəyə, o cümlədən kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən biri də onlar üçün xüsusi təlimlərin təşkili, bu təlimlərdə təcrübəli mentorlar tərəfindən beynəlxalq təcrübə əsasında verilən əhəmiyyətli tövsiyələrdir.

Şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazın qeydiyyata alınması həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda Nazirlər Kabinetinin 08.04.14 tarixli 99 nömrəli qərarı ilə dəyişikliklər edilib.

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib


Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.

“Hewlett Packard”: “Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə maraq artır”


“Hewlett  Packard” şirkəti Azərbaycan bazarına ən son informasiya təhlükəsizliyi məhsullarını təqdim etmək niyyətindədir.

“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb


Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb.

“Mən Azərbaycanlıyam” televiziya yarışması gələn həftədən yeni formatda yayıma başlayır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzTV televiziya  kanalında gələn həftədən etibarən “Mən Azərbaycanlıyam” televiziya yarışmasına yeni formatda start veriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, aprelin 22-də AzTV kanalında yarışmanın ilk turu başlayacaq.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu məlumat sessiyaları keçirir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu davam edir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yeni texnologiya üzərində işləyir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək  Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Təhlükəsizlik məqsədləri üçün “Germanium/Silisium” əsaslı ikizolaqlı görüntü sensorları” layihəsi üzərində işə başlayıb.

Yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq olunan cərimələr barədə məlumatı “Elektron hökumət” portalı vasitəsilə necə əldə etmək olar?


Yol hərəkəti qaydalarının pozuntusu, bu pozuntu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatların “Elektron hökumət” (www.e-gov.az)  portalı vasitəsilə əldə oluna bilməsi sürücülərin işini asanlaşdırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək. Buraya yeni texnologiyalar, o cümlədən, kosmik, nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisindən sülh məqsədləri ilə istifadə edilməsi və s. kimi qabaqcıl elmi istiqamətlər daxildir.

Fransa şirkətinin orbitə çıxarılacaq Azərbaycan peyki üzrə birgə kommersiya fəaliyyətinə qoşulmaq təklifi araşdırılır


Yer səthinin kosmosdan müşahidə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində yüksək ayırdetməli aşağı orbitli peykin orbitə çıxarılması üzrə artıq tender elan olunub.Onun hazırlanması isə təxminən 30 ay davam edəcək.

“Azərkosmos” innovativ gəncliyin formalaşdırılması və potensial kadr bazasının yaradılması məqsədilə ekskursiyalar təşkil edir


“Azərkosmos” ASC innovativ gəncliyin formalaşdırılması və potensial kadr bazasının yaradılması məqsədilə mütəmadi olaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarında texniki təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr üçün analoji ekskursiyalar təşkil edir.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır


Dinamik inkişaf tempini cari ilin ilk rübündə də davam etdirən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır.

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı


AMEA-nın prezidenti, akademik Akif Əlizadənin  ətraflı giriş sözü və akademik-katib,  müxbir üzv Rasim Əliquliyevin  dolğun hesabatını dinlədikdən sonra  və öncədən təqdim olunmuş uyğun materialların təhlili əsasında, mən hesab edirəm ki, Rəyasət Heyətinin hesabatını məqbul qəbul etmək olar.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL