waplog

Jestlərin tanınması kontrolleri ilə təchiz edilmiş ilk smartfon və planşetlər 2014-cü ildə çıxarılacaq


Jestlərin tanınması üçün daxili kontrollerlə təchiz edilmiş ilk smartfon və planşetlər 2014-cü ilin üçüncü və ya dördüncü rübü işıq üzü görə bilər. “The Next Web” nəşri yazır ki, “Leap Motion” şirkətinin baş direktoru Maykl Bakvald belə proqnozla çıxış edib. Bu firma bu cür texnologiyalar üzrə ixtisaslaşıb.

Çində ilk “bulud” kompüteri yaradılıb


Çində ilk “bulud” kompüteri yaradılıb.

“Mirasol” ekranlı ilk qol saatı çıxarılıb


Dünyanın ən böyük internet mağazası “Amazon” şirkəti “Mirasol” ekranı ilə təchiz edilmiş “Qualcomm Toq” smart saatının satışlarına başlayıb.

"Samsung” smartfonlarının 70 faizi Vyetnamda yığılır


“Samsung Electronics” şirkəti bahalı smartfonların satışının zəifləməsi ilə rastlaşır ki, bu da onu diqqətini ucuz modellərə yönəltməyə məcbur edir. Cənubi Koreya şirkəti bu məhsuldan maksimum gəlir əldə etmək üçün istehsalı ucuzlaşdırmaq qərarına gələrək diqqətini artıq bir zavodunun fəaliyyət göstərdiyi Vyetnama yönəldib. 

“Google” şirkəti Pentaqon üçün robot istehsalçısını satın alıb


“The NewYork Times” qəzeti yazır ki, “Google” korporasiyası aparıcı robot istehsalçılarından biri “Boston Dynamics” şirkətini satın alıb. Sazişin şərtləri açıqlanmayıb.

Dünyanın ən ucuz planşetinin satışlarına başlanılıb


Böyük Britaniyanın ucuz planşet istehsalçısı “Datawind” şirkəti  Böyük Britaniyada “UbiSlate 7Ci” planşet kompüterinin satışlarına başlayıb. İstehsalçının iddiasına görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir.

Növbəti beş ildə ən çox gözlənilən əsas innovativ yeniliklər müəyyənləşib


 “IBM” şirkəti yaxın beş il ərzində ən çox gözlənilən texnoloji innovasiyaların təqdim olunduğu ənənəvi “Beş ildən sonra növbəti beşlik” (Five in Five) siyahısını dərc edib. Bu barədə şirkətin saytında deyilir.

“Ford” 2025-ci ilədək roboavtomobil yaratmağı söz verib


"Ford Motor” avtokonserni şəxsi avtonom avtomobili olan  “Automated Fusion Hybrid Research Vehicle”in  ilk prototipini təqdim edib.

Noutbuklar üçün universal adapter istifadəyə verilib


Beynəlxalq Elektrotexnika Komissiyası (BEK) bu həftə müxtəlif noutbuk modellərinə uyğun universal adapter qurğusunun standartını təsdiq edib. Müxtəlif istehsalçıların interfeysləri bir-birinə düşmür, buna görə çox vaxt adapter qurğusu itdikdə və ya qırıldıqda noutbuk onunla birlikdə tullanılır.

Dünyada 2K təsvir ölçülü ekranla təchiz edilmiş smartfon təqdim edilib


“Vivo” şirkəti Çində “Xplay 3S” qabaqcıl smartfonunu təqdim edib.
Smartfon dünyada 2K (2560x1440 nöqtə) təsvir ölçülü ekranla təchiz edilmiş ilk smartfondur.

“Sony Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyası satışa çıxarılıb


“Sony” şirkəti Yaponiyada “Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyasının satışlarına başlayıb. Mini-versiya “Sony Xperia Z1 f” adlandırılıb.

Adi mobil telefonlar “microUSB” çıxışı ilə təchiz ediləcək


Avropa İttifaqı ölkələri bütün mobil telefon və smartfonlarla uyğunluq təşkil edən universal enerji toplayan adapterin tətbiqi ilə bağlı ilkin razılığa gəliblər. Qanun qüvvəyə mindikdən sonra istehsalçılar məhsulu yeni standarta uyğun istehsal etməli olacaqlar.  

“Samsung”un televizorları barmaq hərəkətlərinə reaksiya verəcək


“Samsung Tomorrow” bloquna əsasən, “Samsung” şirkətinin 2014-cü ildə buraxılacaq smart televizorları barmaq hərəkətlərinə reaksiya verəcək.

Titan korpusla təchiz edilmiş smartfonlar təqdim edilib


Bahalı telefon istehsalı üzrə ixtisaslaşmış “Gresso” şirkəti titan korpusla təchiz edilmiş və “Android” platforması ilə işləyən “Radical” smartfon seriyasını təqdim edib. “Radical R1” modelinin korpusu aerokosmik sənayesində tətbiq edilən yüksək davamlı titandan işlənib hazırlanıb.

“Ağıllı” məişət texnikaları təqdim ediləcək


“LG” şirkəti 2014-cü il yanvarın əvvəlində Las-Veqasda keçiriləcək “CES” beynəlxalq istehlak elektronikası sərgisində daxili messencerlərə malik məişət texnikasını təqdim edəcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL