waplog

Bakı 2-ci Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək


Hal-hazırda qlobal İnternet İdarəçilik Forumunun (İİF) dəstəklənməsi məqsədilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələr internetin idarəçiliyi məsələlərində daha da fəal olmaq üçün regional və milli İnternet İdarəçilik forumlarını təşkil edirlər.

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni hesabatında Azərbaycan yenidən İKT-nin inkişafı üzrə ən dinamik inkişaf edən 10 ölkədən biri oldu


Azərbaycan 2013-cü il üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində bir pillə irəliləyərək 2012-ci ildəki 65-ci yerdən 64-cü yerə yüksəlib.  

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası yeni qərar qəbul edib


“Poçt rabitəsinin Milli operatoru tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları”nın ləğv edilməsi haqqında

RYTN-in normativ hüquqi aktlarında dəyişikliklər edildi


Azərbaycan Respublikasının Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qərar
 

“Azərspace” üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır


Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı günü – gündən artmaqdadır. Hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.

Elektron Təhlükəsizlik Mərkəzi: “Facebook”dakı dəyişikliklər fərdi məlumatlarınızı digər tərəflərə ötürə bilər”


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə sosial şəbəkələr və  hər hansı veb saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin II plenumu keçirilib


Təşkilatı məsələlər və müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqının rolu məsələləri plenumun əsas müzakirə mövzuları olub.

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə 2014-cü il dekabrın 1-də “Kempinski Hotel Badamdar”da QDİƏT Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksəksəviyyəli iclası öz işinə başlayıb.

“Bakutel-2014”-də Azərbaycan-İsrail şirkətləri arasında B2B görüşləri keçiriləcək


“Bakutel-2014” Beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan-İsrail şirkətləri arasında B2B (“Business to business”) görüşləri keçiriləcək.

20 illik yubiley tədbirini qeyd edən “Bakutel” sərgisində nələr olacaq?


Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2014”) Sərgi və Konfransı öz işinə başlayacaq və 20 illik yubileyini qeyd edəcək.

“Bakutel” sərgisi öz 20 illik yubileyini qeyd edir


Bu gün Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2014”) Sərgi -Konfransı öz işinə başlayır. Bu il sərfi 20 illik yubileyini qeyd edir.

Nazir: "Qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “Bakutel”sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir"


“Bakutel-2014” 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya İexnologiyaları Sərgi-Konfransının iştirakçılarına

“Azərkosmos” ASC Türkiyənin “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı


 “Azərkosmos” ASC  Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün İstanbulda yerləşən “Teleport  Uydu Hizmətləri”  şirkəti ilə əməkdaşlığa başlayıb.

Azərbaycan Beynəlxalq 20-ci “Bakutel-2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına


Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıram.

Yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi


Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki bu gün Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verildi.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL