waplog

“Micromax Canvas Gold A300” qabaqcıl smartfonunu nümayiş etdirib


Əsasən ucuz və orta qiymətli smartfon istehsalı ilə məşğul olan Hindistanın “Micromax” şirkəti özünü qabaqcıl aparat bazarında sınamağa qərar verərək “Canvas Gold A300” adlı yeni smartfonunu nümayiş etdirib. Qurğunun qiyməti 399 dollardır.

Britaniyalı dizayner simsiz yükləmə qurğusu ilə təchiz edilmiş şalvar nümayiş etdirib


Britaniyalı geyim dizayneri Adrian Savaj qeyri-adi şalvar modelini nümayiş etdirib. “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış şalvarlar yalnız qarderob predmeti deyil, həm də daşınan yükləmə qurğusu rolunu oynayır.

“Samsung” şirkəti böyük ölçülü “Galaxy S5” smartfonunu nümayiş etdirib


“Samsung” korporasiyası orijinalla müqayisədə qabaqcıl smartfonun daha təkmil modifikasiyasını nümayiş etdirib.

“Vertu” da 14 min dollarlıq yeni smartfon


Britaniyanın bahalı “Vertu” smartfon markası bu ayın əvvəlində elan edilmiş “Signature Touch” smartfonunun çıxarılması haqda məlumat verib.

“3D” ekranlı smartfon nümayiş etdirildi


“Amazon” şirkəti ABŞ-da “3D” ekranlı “Fire Phone” smartfonuna ilkin sifariş qəbuluna başlayıb. Aparat iyulun 25-dən əlçatan olacaq. Bu haqda şirkətin internet mağazasının saytında məlumat verilib.

“Apple” daha ucuz “iMac” təqdim edib


“Apple” şirkəti yeni “iMac” təqdim edib. Yeni kompüter öncəki ucuz modeldəkindən daha az gücə malik olan prosessor ilə təchiz edilib.

“HTC” şirkəti 15 dəqiqə ərzində 50 min “One (E8)” smartfonu satıb


Çində “HTC” şirkəti 15 dəqiqə ərzində 50 min “One (E8)”  smartfonu satıb. “One (E8)” smartfonu “M8” qabaqcıl smartfonunun plastik korpusda versiyasıdır. Aparatın qiyməti təxminən 480 dollardır.

Dünyada ilk 100 metrlik “USB 3.0” kabeli yaradılıb


“EverPro” və “Cypress Semiconductor” şirkətlərinin mütəxəssisləri 100 metr uzunluğunda dünyada ilk “USB 3.0” kabeli yaradıblar.

“BlackBerry Passport”: “QWERTY” klaviaturalı fablet


“BlackBerry” şirkəti növbəti “Passport” smartfonunun satışına hazırlaşır. Aparat 1440x1440 nöqtə kvadrat təsvir ölçülü 4,5 düymlük ekran, həmçinin avtokorreksiya funksiyasına malik “QWERTY” klaviatura ilə təchiz edilib.

İyul ayında “Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər


“Apple iWatch” “ağıllı” saatın istehsalına iyul ayında, satışına isə oktyabr ayında  başlanıla bilər.

Televizorlar üçün ən iri ekran istehsalçısının adı məlum olub


Cənubi Koreyanın “Samsung Display” şirkəti cari ilin birinci rübündə bazarda 24 faiz paya sahib çıxmaqla televizorlar üçün ən iri maye-kristal panellər istehsalçısı olub.

D-Wave Two” kompüterinin sınağı keçirilib


İsveçrə Ali Texniki Məktəbinin və “Microsoft” korporasiyasının “Microsoft Research” bölməsinin tədqiqatçıları yaradıcılarının kvant adlandırdığı “D-Wave Two” kompüterinin sınağını keçirərək onun klassik kompüterlərdən üstün olmadığını müəyyən ediblər.

Növbəti ay yeni “iPhone” smartfonunun istehsalına başlanılacaq


“Apple” şirkətinin tədarükçüləri növbəti ay Çində “iPhone 6” smartfonunun kütləvi istehsalına başlayacaq. Bu haqda iyunun 24-də “Bloomberg” agentliyi məlumat yayıb.

“Microsoft” şirkəti ikinci nəsil “Nokia X” smartfonunu nümayiş etdirir


“Microsoft Mobility” “Nokia”nın mobil texnikasına həsr edilmiş rəsmi saytda yeni məhsulun elanını yerləşdirib. “BGR India” resursu yazır ki, bu, “Android” mobil əməliyyat sistemi ilə işləyən “Nokia X” seriyalı smartfonların ikinci nəsli olacaq.
 

Çinin “Tianhe-2” superkompüteri yenidən dünyanın ən güclüsü seçilib


Çinin “Tianhe-2” superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, “Tianhe-2” bazar ertəsi dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemləri yer alıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL