waplog

“İntel” şirkəti yeni nəsil “Atom” prosessorlarını təqdim edib


Veb-mənbələrin məlumatlarına əsasən, “İntel” korporasiyası yeni nəsil “Cedar Trail” aparat platforması üçün ilk prosessorları – “Atom D2500” və “D2700” çiplərini təqdim edib. Təqdim edilmiş məmulatlar 32 nanometr texnologiya əsasında hazırlanıb. Onların əsas tətbiq sahəsi nettop və kiçik formfaktorlu kompyuterlərdir.

“Huawei” şirkəti yeni smartfon təqdim edib


“Huawei” şirkəti “Honor” smartfonunu təqdim edib. Yenilik “Android” mobil əməliyyat sisteminin 2.3.5 versiyası əsasında işləyəcək. Qurğu birnüvəli 1.4 QHz takt tezlikli prosessora, 4 düymlü “FWVGA” kəskinlikli (854x480 piksel ) ekrana, 8 meqapiksel kameraya və ön hissədə yerləşəcək 2 meqapiksel kameraya,

“Amazon” “Kindle Touch” riderini təqdim edib


“Amazon” şirkəti sentyabr ayının 28-də “E-Ink” sensor ekranı ilə olan yeni nəsil rider təqdim edib. Korporasiyanın rəhbəri Ceff Bezos bildirib ki, qurğuda infraqırmızı sensor sistemi istifadə olunur. Belə həll ekranın həssaslığına təsir etmir.

200 dollarlıq planşet satışa çıxarılıb


Gözlənildiyi kimi, sentyabr ayının 28-də “Amazon” şirkəti “Kindle Fire” planşetini təqdim edib. Korporasiyanın rəhbəri Ceff Bezos xarici görünüşünə görə “BlackBerry PlayBook”-u xatırladan qurğunu təqdim edib. Yenilik 7 düymlü “İPS”-ekranla təchiz edilib və 2 nüvəli prosessor əsasında hazırlanıb.

Dünyanın ən kiçik mikroçipi


“Toshiba” korporasiyası yeni mikroçip hazırlaması ilə bağlı məlumat verib. Bu mikroçip verilənlərin simsiz ötürülməsi texnologiyasının irəliləyişinə imkan yaradacaq. Portativ qurğu və məişət elektronikasında istifadə üçün nəzərdə tutulmuş “TransferJet” sistemi bir neçə santimetr radiusda

“Samsung” şirkəti yeni nəsil “Exynos” prosessorunu təqdim edir


“Samsung” şirkəti portativ qurğularda istifadə üçün nəzərdə tutulmuş “Exynos 4212” prosessorunun istehsalı barədə məlumat verib. “Exynos 4212” tərkibinə 1.5 QHz takt tezlikli 2 “Cortex-A9” hesablama nüvəsi və qrafik kontroller daxildir.

Məlumatları uzaq məsafədən 54 Mbit/saniyə sürətlə ötürə bilən radioavadanlıqlar sınaqdan keçirilib


Azərbaycanın “Kür” kompyuter avadanlıqları istehsalçısı Türkiyənin "NSH Technology Systems" şirkəti ilə imzaladığı sazişin icrası istiqamətində apardığı sınaqlar uğurlu alınıb. Bu barədə zavodun direktoru Rizvan Osmanov bildirib.

“Swatch” saatları sensor ekrana malik olacaq


İsveçrənin “The Swatch Group” şirkəti “Swatch” markasının sensor ekranla olan ilk qola taxılan elektron saatını təqdim edib, “T3.com” saytı bildirib ki, saat “Swatch Touch” adlanacaq və oktyabr ayında satışa çıxarılacaq. Britaniyada onların qiyməti 100 funt-sterlinq təşkil edəcək.

“iPad 2” planşeti üçün simsiz yükləmə qurğusu hazırlanıb


“Hitachi” “Maxell Apple iPad 2” üçün qeyri-adi aksessuar hazırlaması haqqında məlumat verib. Şirkət planşet üçün simsiz yükləmə qurğusu hazırlayıb. Belə ki, qurğu, planşeti heç bir sim olmadan enerji ilə doldurmağa imkan yaradır. Yeni simsiz yükləmə stansiyası "energetika stendi”ndən və "energetika örütüyü”ndən ibarətdir.

“Kodak PlayFull”: germetik korpusda cib videokamerası


Maliyyə vəziyyəti heç də yaxşı olmayan “Eastman Kodak” şirkəti “PlayFull” cib videokamerasının satışına başlayıb. Yenilik möhkəm germetik korpusda hazırlanıb: istehsalçı iddia edib ki, 1.5 metr hündürlükdən düşmə qurğu üçün təhlükəli deyil. Qurğu suyun altında 3 metr dərinlikdə 2 saat qala bilər.

“Oracle” şirkəti “Exalytics İntelligence Machine” platformasını təqdim edib


“Oracle” şirkətinin rəhbəri Larri Ellison növbəti yeniliyi - korporativ istifadəçilər üçün “Exalytics İntelligence Machine” kompleksini təqdim edib. Aparat nöqteyi-nəzərindən yenilik 40 hesablama nüvəsi və 1 Tb əməli yaddaşa malik serverdir.

5 terabayta qədər məlumat saxlaya bilən media-server istehsal edilib


“Toshiba” şirkəti dünən, oktyabr ayının 3-də yapon bazarında 5 terabayta qədər məlumat saxlaya bilən yeni media-serveri təqdim edib. Şirkətin bəyanatında qeyd edilib ki, yenilik, eyni zamanda, 6 telekanaldan yazılan videotranslyasiyanı 15 günə qədər saxlaya bilər.

“Apple iCloud” xidməti oktyabr ayının 12-də istifadəyə veriləcək


Yeni nəsil “iPhone” smartfonunun təqdimatına həsr edilmiş dünənki tədbirdə “Apple” şirkəti bildirib ki, “iCloud” veb- xidməti və “iOS 5” mobil əməliyyat sistemi oktyabr ayının 12-də istifadəyə veriləcəklər. “iCloud” xidməti məzmunu internetdə serverlərdə saxlamağa, onu portativ və stasionar qurğular arasında sinxronlaşdırmağa imkan yaradacaq.

Güclü “HTC Sensation XL” smartfonu təqdim edilib


“HTC” şirkəti cari rübdə “Sense 3.5 Uİ” firma istifadəçi interfeysində “Android 2.3.5” (Gingerbread) əməliyyat sistemi ilə işləyən “Sensation XL” smartfonunun satışlarına başlayacaq. Yeniliyin “ürəy”i 1.5 QHz takt tezlikli birnüvəli “Qualcomm Snapdragon MSM 8255” prosessorudur.

“JVC GC-PX10” hibrid videokamerasının qiyməti 900 dollardır (VİDEO)


Oktyabr ayının sonuna kimi 12,75 milyon piksellə və 10 qat optik transfokator obyektivlə olan 1/2, 3 düymlü “KMOP” matrislə təchiz edilmiş “JVC GC-PX10” hibrid videokamerasının satışları başlanacaq. Qurğu “Full HD” (1920×1080 nöqtə) formatında yüksək dəqiqlikli videoçəkiliş etməyə imkan yaradır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL