waplog

“Azərpoçt”un bütün şöbələri “Золотая Корона” beynəlxalq pul köçürmələri sisteminə qoşulacaq


Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “Золотая Корона” sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

“Azərpoçt”un saytında internet ödəmə sistemi işə salınıb


Artıq vətəndaşlar “Azərpoçt” MMC-nin internet səhifəsi üzərindən müxtəlif ödənişləri onlayn qaydada həyata keçirə bilərlər.

DYP cərimələri bütün region poçt şöbələrində də ödənilə bilər


“Azərpoçt” MMC-nin region poçt şöbələrində də Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tətbiq olunan bütün cərimələrin ödənilməsi həyata keçirilə bilər.

Azərbaycanın poçt bazarı tam liberallaşdırılıb


Son 5 ildə Azərbaycanda poçt sektoru dinamik inkişaf edib, gəlirlərin həcmi 1.8 dəfə artıb və orta illik artım tempi 16% təşkil edib. Azərbaycanın poçt bazarı tam liberallaşdırılıb.

Azərbaycanın artıq 200-dən çox poçt şöbəsində “Migom” pul köçürmələri sistemi tətbiq edilib


Azərbaycanın milli poçt operatoru Azərpoçt “Migom” - Beynəlxalq pul köçürmələri ödəniş sistemini artıq 200-dən çox poçt şöbəsində tətbiq edib.

Quba Poçtamtının yeni inzibati binası istifadəyə veriləcək


Quba Poçtamtı üçün yeni ikimərtəbəli inzibati bina tikilib. “Azərpoçt” MMC-dən verilən məlumata görə, poçtamt binası ən müasir tələblərə cavab verir.

“Azərpoçt”un daha 11 filialında “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi istifadəyə verilib


Azərbaycanın milli poçt operatoru “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi üzrə fəaliyyətini genişləndirir.

“Azərpoçt” MMC regionlarda bankomatlar qurur


“Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Digər banklarla rəqabətdə geniş imkanlara malik olan müəssisə bu imkanlardan yararlanmaq

Milli poçt operatorunun filial və şöbələrində “Worldcard” ödəmələrini həyata keçirmək mümkündür


İstifadəçilər “Worldcard” ödəmələrini Azərbaycanın hər yerində “World” loqosu olan “Azərpoçt” filial və şöbələrində edə bilərlər.

Yeni poçt şöbə və filialları istifadəyə veriləcək


“Azərpoçt” MMC müştərilərə göstərilən müasir poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində korporativ üslublu poçt şöbə (PŞ) və filiallarını (PF) əhalinin istifadəsinə verir. Müəssisədən verilən məlumata görə, bu ilin 6 ayında 5 ədəd poçtamt və 8 ədəd PŞ binasının əsaslı təmiri, 8 ədəd PŞ binasının isə tikintisi başa çatdırılıb

Azərbaycanın “İndeks və ünvanların axtarışı” üzrə məlumat bazası regionda liderdir


"Azərpoçt" MMC-nin “İndeks və ünvanların axtarışı” məlumat bazası region ölkələri sırasında dövlət müəssisələrinin tətbiq etdiyi ilk layihədir. Bu xidmətdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. “Azərpoçt” MMC-nin bu layihəsi Ümumdünya Poçt İttifaqına daxil olan region ölkələr üçün nümunə hesab olunur.

“Azərpoçt”un Qlobal Monitorinq Sisteminə qoşulması prosesi başa çatmaq üzrədir


“Azərpoçt” MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi, demək olar ki, tam başa çatdırılıb. GMS avadanlığı müəssisənin Poçt Daşıma Mərkəzində quraşdırılıb və son sınaq işləri ilə əlaqədar ÜPİ-nin aidiyyəti qurumları ilə yazışmalar davam etdirilir.

Yaxın zamanda Qazaxıstanla elektron pulköçürmələri həyata keçiriləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-nin Qazaxıstan Poçtu ilə birgə həyata keçirdiyi Təcili Elektron Pulköçürmələri sistemi üzrə sınaq testi müvəffəqiyyətlə başa çatıb. Yaxın zamanlarda sistem işə düşəcək.

Milli poçt operatoru beynəlxalq pul köçürmələri sistemləri üzrə fəaliyyətini genişləndirir


“Azərpoçt” MMC beynəlxalq pul köçürmələri sistemləri üzrə fəaliyyətini genişləndirməyə davam edir. MMC-dən verilən məlumata görə, artıq milli poçt operatorunun Şəki, Zaqatala, Qax, Oğuz, Balakən,Yevlax, Ağdam, Tərtər, Bərdə, Mingəçevir və Ağcabədi filiallarının poçt şöbələrində də “Contact”, “Caspian Money Transfer” və “Migom” beynəlxalq pul köçürmələri sistemləri üzərindən əməliyyatlar həyata keçirmək mümkündür.

“Azərpoçt” MMC bank olmayan kredit təşkilatları ilə əməkdaşlığı genişləndirir


“Azərpoçt” MMC-nin bank maliyyə xidmətləri göstərməsi üçün lisenziya alması ilə əlaqədar bir sıra yeni xidmətlərin, o cümlədən kredit təşkilatlarının kredit və digər haqların yerlərdə yığımı ilə bağlı imkanlar yaranıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL