waplog

Yüksəktexnologiyalı qələm


Dizaynerlər qrupu “Recorder” adlı yüksəktexnologiyalı qələm hazırlamaq üçün variant təklif ediblər. Qələm vasitəsi ilə yalnız kağızda yazmaq deyil, həmçinin yazılmış məlumatı saxlamaq və “Bluetooth” vasitəsi ilə kompyuterə ötürmək olar. Daxili sistem, hətta mətni səhvlər üzrə yoxlayacaq.

“iPhone 5” daha nazik korpusa malik olacaq


“Morgan Stanley” bankının analitiklərinin fikrincə, “iPhone” smartfonunun yeni versiyası cari ilin üçüncü rübündə istehsal ediləcək və əvvəlki modellərdən daha nazik olacaq. “Morgan Stanley” eyni zamanda öz analitik materialında qeyd edib ki, “iPhone 5” smartfonu ilə bağlı digər texniki detallar hələ ki açıqlanmır.

“Samsung Galaxy S Blaze 4G”: 4,5 düym ekranlı smartfon


“T-Mobile” operatoru “Android” əməliyyat sistemi ilə işləyən “Samsung Galaxy S Blaze 4G” smartfonunu təqdim edib. Aparatda 1.5 QHz takt tezliyi ilə işləyən “Qualcomm Snapdragon S3” ikinüvəli prosessoru tətbiq edilib. Əməli yaddaş tutumu 1 QB,

Yeni nəsil videoadapter


Veb-mənbələrin məlumatına əsasən, “NVidia” şirkəti yaxın vaxtlarda “Kepler” yeni nəsil qrafik prosessorlarını təqdim edəcək. Çiplər 28 nanometr texnoloji proses üzrə hazırlanacaqlar. Bu isə məhsuldarlıq artımını və “Fermi” arxitekturasında hazırlanan indiki kartlarla müqayisədə enerji istehlakının azalmasını təmin edəcək.

Panorama çəkilişi üçün fotokamera (VİDEO)


“Tamaggo” şirkəti yığcam “360-İmager” fotoaparatını hazırlayıb. Aparatın satışları 2012-ci ilin ikinci rübündə başlanacaq. Yenilik 360 dərəcəyə qədər əhatə bucağı ilə panorama çəkilişləri etməyə imkan verir. Horizontal və vertikal panorama rejimləri nəzərdə tutulub.

“BlackBerry PlayBook” planşetinin yeni modelləri hazırlanır


Veb-mənbələrin məlumatına əsasən, Kanadanın “Research İn Motion” (RİM) şirkəti 2012-ci ildə “BlackBerry PlayBook” planşet kompyuterinin bir neçə yeni modelini istehsal etməyi planlaşdırır. 2011-ci ilin aprel ayında satışa çıxarılmış orijinal “BlackBerry PlayBook” planşetləri 1024×600 nöqtə təsvir ölçülü 7 düymlü ekran,

Alimlər gündəlik məsələlərin planlaşdırılması üçün süni intellekt yaradıblar


Karlos III adına Madrid Universitetinin alimləri süni intellektdən istifadə edilməsi ilə bağlı yeni alqoritm təklif ediblər. Yeni alqoritm sayəsində hər cür məsələlərin həll edilməsi planlarının tərtib edilməsini avtomatlaşdırmaq mümkündür.

“Samsung” şirkəti 46 düym diaqonala malik şəffaf ekranların istehsalına başlayır


Ekran qarşısında duran insan həm onda əks etdirilən informasiyanı, həm də panelin arxasında baş verənləri görə bilər. Sensor idarəetmə dəstəklənir. Ekranlar 1366×768 piksel təsvir ölçüsünə malikdirlər; ziddiyyət 4500:1 təşkil edir. Şəffaf ekranlar gündüzlər işıqlanma kimi ətrafdakı işıqdan istifadə

Su keçirməyən smartfonlar hazırlanacaq


Bir neçə il əvvəl bazara kameralarla təchiz edilmiş mobil telefonlar çıxarıldı, bu isə istifadəçilərin əksəriyyəti üçün yenilik idi. Lakin hal-hazırda kameranın mövcudluğu artıq standart kimi qəbul edilir. Ekspertlərin fikrincə, növbəti yeniliklərdən biri smartfonların su keçirməməsi olacaq.

“Sony” şirkəti ilk “USB 3.0” fləş kartını təqdim edib


“Sony” şirkəti “USB 3.0” texnologiyası ilə işləyən ilk “Micro Vault MACH” adlı fləş kartını təqdim edib. Bazarda 8, 16, 32 və 64 QB yaddaş tutumuna malik modellər təqdim ediləcək. Aşağı tutuma malik modeldə informasiyanın oxuma sürəti 60 MB/s, digər modellərdə isə 90 MB/s təşkil edəcək.

Fənərli mobil yükləmə qurğusu


“Poldera” şirkəti cib fənəri və portativ yükləmə qurğusunun hibridini təşkil edən “Power Bank” adlı orijinal hazırlama təklif edib. Yenilik silindrik formalı korpusda hazırlanıb. Uzunluğu 107,4 mm, diametri isə 23,7 mm təşkil edir. Qurğunun bir hissəsində işıq buraxan diod, digər hissəsində isə “MicroUSB”

"Ava" ev robotu yaşlı insanların qulluğunda duracaq (VİDEO)


"iRobot" şirkəti yaşlı insanların qulluğunda durmaq üçün nəzərdə tutulmuş yeni "Ava" robot hazırlaması haqqında bildirib. "Ava" robotu yaşlılar üçün müxtəlif işləri yerinə yetirə, təcili yardım çağıra bilər. "Ava" robotu, həmçinin internetdən istifadə edə,

Mühəndislər rəqəmli foto və musiqi emalının sürətini 10 dəfə artırmağa söz veriblər


Massaçusets Texnologiya İnstitutundan tədqiqatçılar qrupu “Furyenin sürətli dəyişikliyi” (Fast Fourier transform) deyilən bir effektə yeni elmi yanaşma hazırlayıb. Yeni elmi yanaşma sayəsində rəqəmli foto emalının və kompyuterdə səsin kodlaşdırılmasının sürətini 10 dəfə artırmaq olar.

Ultrabuklar ən müasir texnologiyanı dəstəkləyəcəklər


“Acer”, “ASUS” və “Lenovo” şirkətləri ikinci rübdə “İntel İvy Bridge” aparat platformasında işləyəcək ultrabukların istehsalına başlayacaqlar. “İvy Bridge” platformasına 22 nanometr texnoloji proses üzrə istehsal edilən yeni nəsil “Core” prosessorları daxildir.

“Sony” şirkəti mobil qurğularda kameraların keyfiyyətini artırmağa imkan verən yeni texnologiya yaradıb


Yaponiyanın “Sony” şirkəti portativ qurğularda foto və videokameraların işini idarə edən kiçik fotoqrafiya sensorlarının yeni texnologiya həlli haqqında bildirib. “Sony” şirkətindən bildiriblər ki, yeni sensorlar vasitəsi ilə daha keyfiyyətli şəkillər alınır,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL