waplog

İnternet vasitəsi ilə həkim qəbuluna düşmək olacaq


Bundan sonra həkim qəbuluna elektron qaydada da düşmək olacaq. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər elektron yolla qəbula yazıla biləcəklər. Lakin bu sistem hələlik bütün poliklinikalarda və xəstəxanalarda tətbiq olunmayacaq.

“Microsoft” yenə patent alır


“Microsoft” korporasiyası 1,056 milyard dollara “AOL” şirkətinin 800 patentini satın alıb. “İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası “AOL” internet şirkətinin 800-dən çox patentinə hüquq əldə edəcək. Saziş bağlandıqdan sonra internet şirkətin

Yeni günəş paneli folqadan daha nazikdir


Avstriya və Yaponiyadan olan tədqiqatçılar qrupu “Nature” elmi jurnalının son nömrəsində rekord dərəcədə nazikliyi ilə fərqlənən tamamilə yeni tip günəş panel hazırlaması haqqında məlumat veriblər. Günəş panelinin qalınlığı cəmisi 1,9 mikrometrdir. Panel görünüşcə panelə deyil, nazik folqa və ya çox nazik izolyatora oxşayır.

Sosial şəbəkələr populyarlıq reytinqlərinə başçılıq edir


Son tədqiqat məlumatlarına əsasən, digərləri ilə müqayisədə nisbətən gənc olan “Pinterest” sosial şəbəkəsinin populyarlığı sürətlə artır və artıq ABŞ-da ən çox ziyarət edilən saytların üçlüyünə daxil olub. Bu göstərici üzrə yalnız “Facebook” və “Twitter”dən geri qalır. Belə ki, 2012-ci ilin martında istifadəçilər “Pinterest”

Nyu-York şəhərində interaktiv sensor taksofonlar quraşdırılacaq


Nyu-York şəhərinin hakimiyyəti taksofonlara ikinci “həyat” verməyi qərara alıb. Şəhər administrasiyası taksofonların internetə çıxış imkanına malik 32 düymlü sensor ekranlarla əvəz edilməsinə dair pilot layihəyə başlanğıc verib. Layihənin birinci mərhələsində 250 belə qurğu

“Facebook”da eşqbazlığa görə arvadının məşuqunu öldürdü


Pindun əyalətinin 34 yaşlı sakini həyat yoldaşı ilə onun virtual tanışlarından biri arasındakı yazışmanı oxuduqdan sonra həmin şəxsi öldürmək qərarına gəlib. Qısqanc ərin sözlərinə görə, arvadı və onun sosial şəbəkə dostu açıq-aşkar “oynaqlaşırmışlar”. “İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by”

Həşəratları məsafədən idarə etmək üçün texnologiya hazırlanır


Amerika və İsrail alimləri həşəratları məsafədən idarə etmək üçün texnologiya hazırlayırlar. Mütəxəssislər əmindirlər ki, yeni texnologiya əsasında mükəmməl biorobotlar yaratmaq mümkün olacaq. “İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki,

Tim Kuk ən yüksək maaş alan baş direktor deyilmiş?!


“Fortune” jurnalının məlumatına görə, Tim Kuk 2011-ci ildə ən yüksək maaş alan baş direktor deyil. Belə ki, bu yaxınlarda “The New York Times” nəşri tərəfindən tərtib edilmiş 2011-ci ildə ən yüksək maaş alan baş direktorlar reytinqinə Tim Kuk rəhbərlik edib. Nəşrin məlumatına görə, “Apple” korporasiyasının baş direktoru 2011-ci

Azərbaycan Milli Kitabxanasından internet vasitəsilə kitab sifariş vermək mümkündür


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəsmi internet səhifəsində virtual sifariş bölməsi fəaliyyət göstərir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu bölmə abunəçilərə məsafədən sifariş xidmətini təklif edir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil

Braziliyanın Jundiai şəhərindəki küçələrdən birinə Stiv Cobsun adı verilib


Braziliyanın Jundiai şəhərinin hakimiyyəti küçələrdən birinə rəsmi olaraq “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun adını verib. Bu barədə yerli “MacMagazine” bloqu məlumat verib. Bloq, həmçinin küçəyə yeni adın verilməsini təsdiq edən rəsmi sənədin fotosunu dərc edib.

Yaxşı yuxu görmək istəyirsiniz?


Böyük Britaniyada yerləşən Hartfordşir Universitetinin psixoloqu Riçard Vayzman yuxunu idarə etmək nəzəriyyəsini yoxlamaq üçün sınaq keçirmək qərarına gəlib. Psixoloq “YUZA” şirkətindən olan istehsalçıların köməyi ilə smartfonlar üçün “Dream:ON” adlı əlavə yaradıb; əlavə insanların yaxşı yuxu

“Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş uşaqların 6 yaşı var


“Facebook” sosial şəbəkəsinin qaydalarına görə, sosial şəbəkədə 13 yaşınadak istifadəçi qeydiyyatdan keçə bilməz. Lakin bir çox uşaqlar və yeniyetmələr bu tələbi özləri və ya uzağı görməyən valideynlərinin köməkliyi ilə pozaraq şəbəkədə qeydiyyatdan keçən zaman doğum tarixi

Britaniyalı alimlər kraliça ikinci Yelizavetanın mikroskopik portretini yaradıblar


Britaniyalı alimlər Böyük Britaniyanın kraliçası ikinci Yelizavetanın mikroskopik portretini yaradıblar. “İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, professor Martin Polyakoff, Nottinqem Universitetinin nanotexnologiyalar mərkəzində çalışan doktor Maykl Fey və doktor

Təyyarə istehsalçısı da smartfon istehsal edəcək?


Amerikanın “Boeing” təyyarə istehsalçısı “Android” əməliyyat sistemi ilə işləyən smartfon istehsal edəcək. Bu barədə “National Defense Magazine” məlumat verib. Aparat korporativ istifadəçilər üçün nəzərdə tutulacaq. “İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,

Stiv Cobsun filmi bu ilin sonuna hazır olacaq


Stiv Cobs haqqında çəkiləcək müstəqil filmin icraçı prodüseri Mark Xalm işçi adı “Jobs:Get Inspired” olan film haqqında məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişləri mayda başlanacaq, reliz isə 2012-ci ilin dördüncü rübünə planlaşdırılıb. Film Stiv Cobsun 1971-ci ildən 2000-
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL